Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valeri Boqdanov

Haqqında
1958-ci il martın 24-də Gəncə şəhərində anadan olub. Milis leytenantı idi.

Şəhid olması
Yanvarın 19-da səhər tezdən işə çağırılıb. Yanvarın 20-də səhər saat 5.30-da evə gəlib həyat yoldaşına deyib ki, bir azdan evə qayıdacaq. İndi tapşırıq dalınca gedirlər. Kapitan Oqtay Mirzəyev və leytenant Ağanəzər İsrayılov onunla bir yerdə olur. Səhər saat 7.15 dəqiqədə onların maşını Tbilisi prospektindəki kimya şəhərciyinə [ximqorodok] dönərkən arxadan güllə səsi eşidilir. 4 saatdan sonra isə Valeri Boqdanov 31 yaşında vəfat edir. Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir.


Tarix: 27.01.2015 / 13:01 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanın müharibələri‎
loading...