Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Aliməmmədov

Haqqında
1972-ci ildə Naxçıvan MSSR, Şahbuz rayonunun Keçili kəndində anadan olub. Teymur dörd bacının bir qardaşı və ailənin yeganə oğlu idi. N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq fakültəsinin birinci kursunda təhsil alırdı. Subay idi.

Şəhid olması
Teymur birinci imtahan sessiyasını uğurla başa vurmuşdu. Doğma kəndlərinə getmək istəyirdi. İki dostu ilə Aerokassadan Naxçıvana bilet alıb geri qayıdarkən Aerokassanın qabağında başından güllə yarası alıb. 4 nömrəli klinik xəstəxanasına gətirilir. Güllə Teymurun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalıbmış. Həkim Nizami Məmmədov yeddi gün yaralını həyata qaytarmaq üçün çalışmış, Teymur özünə gəlmədən canını tapşırmışdır. Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn edilib.


Tarix: 27.01.2015 / 13:01 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycanın müharibələri‎
loading...