Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Svetlana Məmmədova (alim)

Həyatı
1939-ci ildə Naxçıvan şəhərində anadan olmuş Svetlana Məmmədova yüksək molekullu birləşmələr kimyası üzrə görkəmli alim idi. Ölümündən iki il əvvəl doktorluq işi müdafiə etmişdi. Svetlana xanımdan doğmalarına bir qız övladı, 130-dan çox elmi əsər və unudulmaz xoş xatirələr yadigar qalmışdır.

20 yanvar 1990-cı ildə şəhid olmuşdur.


1939-cu ildə anadan olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetini bitirmişdir. Svetlana xanımın üç yaşı olanda atası cəbhədə həlak olub. Üç uşaq analarının himayəsində böyüyüb. 1973-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Professor üç dil bilirdi. Üç il idi partiya sıralarına daxil olduğu. Üç ciyərparası qaldı. Bir övladı, iki nəvəsi. Professor Svetlana Məmmədova müasir kimya elminin yüksək molekullu birləşmələr sahəsində respublikada kimya elmləri doktoru adını almış ilk qadın alim idi. Alim 110-a qədər elmi əsərin, 40-dan çox ixtiranın müəllifi idi. Yanvarın 24-də Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank yolun kənarında dayanmış minik maşınını əzmiş, iki nəfər - Svetlana Məmmədova və İbrahim İbrahimov oradaca həlak olmuşdur. Onlar Sumqayıtdakı iş yerlərinə iclasa çağırılmışdılar. Svetlana Məmmədova Şəhidlər xiyabanında dəfn edilmişdir. Bu ünvanda yaşamışdır: Bakı ş. Barinov küçəsi, ev 4, mənzil 20.


Tarix: 27.01.2015 / 12:59 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanın müharibələri‎
loading...