Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mürvət Şərifov

Həyatı
Mürvət Rəhim oğlu Şərifov 1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur.

Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır.

Mərhum Şəhidlər xiyabanında dəfn edilib.

Ailəsi
1990-cı ildə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi.

Mərhumun gəlini Şərifova Fatma Əsab qızının dedikləri:

"Güllə səsinə küçəyə çıxdıq. Gördük ki, əsgərlər küçədə bir KRAZ, bir Jiquli və bir avtobus maşınının sürücüsünü güllələdilər. Sonra cinayəti ört-basdır etmək üçün küçədəki işıqları avtomat atəşləri ilə sındırdılar, sonra isə bizə tərəf güllələr yağmağa başladı. Qayınatam və qayınanam, həmçinin qonşularımız Vaqif və atası Tahir yaralandılar. Biz onları Semaşko xəstəxanasına apardıq. Qaynatam Mürvət yolda keçindi. Xəstəxanaya çatdıq. Bir azdan isə işıqlar söndü. Qaynanam Nazpəri ayağından yaralanıb, müalicə olunur."


Tarix: 27.01.2015 / 12:53 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycanın müharibələri‎
loading...