Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuşirəvan Süleymanov

Həyatı
Nuşirəvan Aydın oğlu Süleymanov 1972-ci ildə Laçın rayonunun Kaha kəndində anadan olub.

1992-ci ilin mart ayından könüllü olaraq Azərbaycan Milli ordusuna yazılmış, 816-cı Şuşa batalyonunun tərkibində qaynar nöqtələrdə, Ağdam ətrafında , Fərrux dağında, Paprəvənd və Boyəhmədli döyüşlərində iştirak etmişdir...

Döyüşlərdə bir qayda olaraq qəhrəmanlıq göstərmiş, dəfələrlə düşmən mühasirəsinə düşmüş və həmişə ölümün gözünə dik baxaraq döyüşçü dostlarıyla birlikdə mühasirədən çıxmışdır. Şuşanın işğalından sonra Beyləqanda yerləşən 704 saylı hərbi hissəyə köçürülən Nuşirəvan burdada ağır döyüşlərin şahidi olur.

1994-cu il avqustun 5-də qəhrəmancasına şəhid olmuşdur. Hazırda Şəki şəhəri Yeni Hacı Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən Laçın rayon Kaha kənd tam orta məktəbi Nuşirəvan Süleymanovun adını daşıyır.

Atası Aydın Süleymanovun oğluna yazdığı bayatılardan:

Mən aşıq dağlar qaldı,
Qarabağ ağlar qaldı.
Aydının sinəsində,
Bax belə dağlar qaldı.

Əzizinəm qala dağı,
Şah dağı, qala dağı.
Çarəsi, dərmanı yox,
Sağalmaz bala dağı.


Tarix: 27.01.2015 / 12:39 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanın müharibələri‎
loading...