Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərifət Nəsibov

Həyatı
22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.

Döyüşlərdə iştirakı
İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.

Xatirəsi
Qazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq tikilmişdir.
2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir


Tarix: 26.01.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanın müharibələri‎
loading...