Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hikmət Nəzərli

Həyatı
7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur.

Döyüşlərdə iştirakı
Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olarq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral ermənilər Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı.

Bu döyüşdə xeyli erməni quldurunu məhv edən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Ailəsi
Ailəli idi, bir övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbyacan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.


Tarix: 26.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Azərbaycanın müharibələri‎
loading...