Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fikrət Hacıyev

Həyatı
19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur.

Döyüşlərdə iştirakı
1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.

Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.


Tarix: 26.01.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanın müharibələri‎
loading...