Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Kavanlı - Pedaqoji fəaliyyəti

Pedaqoji fəaliyyəti
1971–ci ilin sentyabr ayında Laçın rayonuda Bəxtiyar Bəxtiyarov Laçın rayonunun Ərdəşəvi kəndində kənd orta məktəbdə Pioner baş dəstə rəhbəri kimi pedoqoji fəaliyyətə başlayır.

1977-78-ci tədris ilində Bülüldüz kənd natamam orta məktəbində çalışmağa başlayır. Yaxşı əmək fəaliyyəti göstərdiyi üçün Bəxtiyar müəllim bu təhsil müəsisəsində məktəb direktoru vəzifəsinə qədər yüksəlir və 1980-ci ilə qədər bu vəzifədə çalışır.

1980-81-ci tədris ilindən Bülüldüz kənd natamam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etməyə başlayır. 1992-ci ilə qədər bu vəzifədə çalışır.

1992-ci ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayonunun ərazisində, Bakı şəhər 68 saylı orta məktəbin nəznində təşkil olunmuş Laçın 3 saylı orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətini davam etdirir. 2011-ci ilin avqust ayından etibarən təqaüdə çıxır.


Tarix: 26.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanın müharibələri‎
loading...