Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqil Musayev

Həyatı
Aqil Musayev 1974-cü il 3 noyabrda Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada təhsil almışdır. Daha sonra 117 saylı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.

Döyüşlərdə iştirakı
Bir müddət təlim keçdikdən sonra Aqili Ağdam cəbhəsinə göndərdilər. Qaynar döyüş meydanlarında vuruşan Vətən övladı ölümün gözünə dik baxaraq rəşadətlə vuruşurdu. Daha sonra Aqil Füzuli istiqmətində gedən döyüşlərin birində yaralanır müalicə olunduğdan sonra isə yenidən səngərə dönür. Aqil Musayev 1994-cü il 5 oktyabr tarixdə Gəncə hadisələri zamanı dövlətimizə qarşı gələn, silaha sarılan dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olmuşdur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Qazax rayonunun Əzizbəyli kənd Şəhidlər xiyabanında dəfn edilib.


Tarix: 26.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycanın müharibələri‎
loading...