Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaddaş (film, 2010) - Məzmun

Məzmun
Birinci Qarabağ müharibəsinin başlanğıcı... Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağımn edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür...

19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür...

Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır.

Film haqqında
Filmin həm də 5 seriyadan ibarət televiziya serialı variantı mövcuddur.
Filmin çəkilişləri 2009-cu ilin dekabrında başlamışdı.
Film Azərbaycan şəhidlərinə, o cümlədən Çingiz Mustafayevə ithaf olunmuşdur.


Tarix: 26.01.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Azərbaycanın müharibələri‎
loading...