Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmarət Qərvənd

Tarixi
İmarət Qərvənd Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ağdaban çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə iŞarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır[1].

İmarət Qərvənd kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. İmarət Qərvənd kəndi Qarabağ müharibəsi zamanı 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Tarix: 26.01.2015 / 17:27 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycanın müharibələri‎
loading...