Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Nəsrəddinov - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Təcrübəli döyüşçü olması cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank bölüyünün rəisi vəzifəsinə təyin edilir. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində oldu. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq qəhrəmancasına həlak oldu.

Ailəsi
Ailəli idi, iki övladı qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.


Tarix: 24.01.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Azərbaycanın müharibələri‎
loading...