Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəxrəddin Nəcəfov

Həyatı
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985- 1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı
1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Milli Qəhrəman
Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır.


Tarix: 24.01.2015 / 17:26 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanın müharibələri‎
loading...