Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceyhun Səlimov

Həyatı
1970-ci ilin 23 dekabrında Bakı şəhərində doğulmuşdur. Nəsimi rayonunda 9 saylı orta məktəbi və 54 saylı texniki-peşə məktəbini bitirərək çilingər peşəsinə yiyələnmişdir.

1990-cı ilin iyununda Ceyhun Səlimov hərbi xidmətə çağırıldı və Sank-Peterburq yaxınlığında tank qoşunları hissəsində əsgərlik borcunu yerinə yetirdi.

O, Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökümətinin ermənipərəst mövqeyinini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı xidmətinə başlayır. Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazmışdı: “Ata,sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağol... Mən Şuşaya getdim...Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov.”


Tarix: 24.01.2015 / 17:21 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanın müharibələri‎
loading...