Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seymur Quliyev (şəhid)

Seymur Sarı oğlu Quliyev 1969-cu il martın 11-də Ağdam rayonunun Sırxavənd kəndində (bu kənd vaxtilə ləğv edilmiş Ağdərə rayonunun inzibati tabeçiliyində idi) dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Seymur 2 illik əsgərlik borcunu Xabarovsk vilayətində başa vurur. 1989-cu ildən hərbi xidmətdən təxris olunduqdan sonra əkəndə qayıdır. Həmin vaxt yurdumuzda müharibə ocağının alovu günü-gündən dağ Qarabağda azərbaycanlı kəndlərini bürüyürdü. Sırxavənd camaatı səksəkəli günlərini yaşayırdı. Seymur Quliyev ilk gündən ermkəni quldurlarına qarşı açıq-açığına bayrağını göstərir. Daşnakların bayrağını kim çıxarıb gətirsə, onu böyük mükafat gözləyir. Günün günorta çağında Seymurla Rizvan həmin bayrağı çıxardıb yerinə qara parça bağlayır.

1990-cı ilin martında erməni quldurları Sırxavənd üzərinə böyük qüvvə ilə basqın etmişdi, kənd camaatı əli yalın olsa da mərdliklə döyüşürdü. Seymur silahdaşları Rizvan, Azər və Əhmədlə düşmənin arxasına keçərək sarsıdıcı zərbə endirir. 1991-ci il sentyabrın 29-da Yavər, Azər, Rizvan Göygəzoğlu Ballıqya kəndində rus əsgəri formasında yoxlama aparır bir erməni yaraqlısını tutub qərargaha təhvil verirlər. Bu əməliyyatın aparılması çox adamları narahat edir. Erməni başbilənləri Qarabağ Təşkilat Komitəsinin sədri Volskidən qəti tələb edir Ki, erməni qulduru azad edilməli, yoxlama aparanlar isə həbs olunmalıdır. Sırxavənd kəndi rus əsgərləri tərəfindən mühasirəyə alınır və bütün evlər axtarılır. Üç gün kənd camaatına olmazın əzab-əziyyəti verilir. Seymur silahı ilə rus əsgərlərinə ətəslim olsun. Yavər öz silahı ilə rus əsgərlərinə yaxınlaşır. Bunu görən rus komandiri əsgərlərinə əmr verir ki, həmin oğlanı tərksilah edib, BTP-ə otuzdursunlar. Bu hadisə kənd camaatını bir anlığa sarsıdır.

Seymur bir neçə dəqiqə keçməmiş əlində əlində qumbara rus əsgərlərinə yaxınlaşır və komandirə deyir:

-Mən doğulub boya-başa çatdığım torpağın azadlığı, müstəqilliyi, onu erməni quldurlarından təmizlənməsi yolunda ölərəm, bəs sən nə üçün öləcəksən?

Çıxılmaz vəziyyətdə qalan rus zabiti bir anlığa ölümlə üz-üzə dayandığını hiss edir və kəkəliyə-kəkəliyə Seymurdan soruşur ki, tələbin nədir?

Dostumu azad elə, özündə əsgərlərinə əmr ver ki, kəndin tərk etsinlər, sonra isə səni sağ-salamat yerinə qaytaracağıq. ÖLümündən qorxuya düşən rus zabiti Seymurla razılaşır və zəif səslə deyir: “Sizin kimi oğlu olan vətən heç vaxt basılmaz”. Sırxavənd kəndi düşmən əlinə keçdikdən sonra S.Quliyev döyüşçü yolunu Şirin Mirzəyevin komandanlıq etdiyi batalyonda davam etdirir. Çox keçmir ki, öz qorxmazlığı, cəsarəti, döyüşkənliyi və bir təcrübəli kəşfiyyatçı kimi bütün batalyon əsgərlərini hörmətini qazanır. Fərrux, Pircamanl, Xromord, Cinli, Xaçın-Dərbənd, Əliağlı kəndlərində şücaətlər göstərirdi. Daşbaşı yüksəkliyinin alınmasında böyük rol oynadı. İki nəfər girov əsgərimizi xilas etdi. 1992-ci il ilunun 10-da Sırxavənd kəndi istiqamətində ordumuzun geniş miqyaslı hücumu başlanır. Həmin əməliyyatın təşkilində Seymur həmkəndliləri Həsən, Ələmdar, Fərhad və Bilalla kəşfiyyata getmiş və düşmənin qüvvə və mövqeləri diqqətlə öyrənmişdi. Bu döyüşdə əfsanəvi qəhrəmanlıq göstərən Seymur kəndin azad olunmasında düşmənin bir texnikasını və bir neçə quldurunu məhv etdi. Cəsur döyüşçü Seymnur Quliyev Marquşevan, Leninavan, Çaylı, Çardaqlı, Qısavet, Mehmanə, Sərsəng su anbarı, Umudlu, Zəylik, Qozlu, Moqavuz, Dəmirli, Qazançı, Dovşanlı, Manikli, Xatınbəyli və Baş Güney kəndlərinin “vışka”, “qlobus” yüksəkliklərinin erməni quldurlarından təmizlənməsində döyüşlərin önündə getmişdi.

8 may 1994-cü il 3 N-li sovxoz ərazisində düşmənin iri miqyaslı hücumunun qarşısının alınmasında S.Quliyev öndə olan igidlərdən biri idi. Tərtərin işğalını qarşısına məqsəd qoymuş düşmənin mərkli planının pozulmasında S.Quliyevin də xidmətləri danılmazdır. Bu qanlı döyüş onun qəhrəmanlıqlarla dolu döyüş yoluna son döyüş günü oldu. Seymur haqqında “Dağlarda şimşək çaxır” kitabı çapdan çıxmış, mətbuat səhifələrində yazılar dərc edilmişdir. Məzarı Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanındadır.

Mükafatları
21.07.2005 — Flag of Azerbaijan.svg "Vətən uğrunda" medalı


Tarix: 24.01.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 143 Bölmə: Azərbaycanın müharibələri‎
loading...