Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlfi Qasımov - Yaradıcılığı

Yaradıcılığı
Ədəbi yaradıcılığa şeirlə başlamışdır. "Xalq arzusu" adlı ilk şeri 1945-ci ildə Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc olunmuşdur. Universitetdə oxuduğu illərdə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir. «Əriməzin ətəklərində» adlı ilk oçerklər kitabı 1954-cu ildə çapdan çıxmışdır. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin tərcümələləri və tərtib etdiyi digər kitabları nəşr olunmuşdur. Əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.



Kitabları
Bədii əsərləri:

1. Əriməzin ətəklərində. Oçerklər. Bakı, Uşaqgəncnəşr, 1954. 39[1]s.

2. Şagird briqadaları. Oçerklər. Bakı, Azərnəşr, 1960. 69[3]s.

3. Odlu ürəklər. Oçerklər. Bakı, Uşaqgəncnəşr, 1962. 35[1]s.

4. Dostluq və qardaşlıq dünyası. Bakı, Azərnəşr, 1963. 38[2]s.

5. Adilənin taleyi. Roman. Bakı, Azərnəşr, 1964. 227[1]s.

6. Dnepr qəhrəmanı. Qəhrəmanlar haqqında oçerklər. Bakı, Azərtədrisnəşr, 1964. 91[1]s.

7. Ulduz karvanı. Oçerklər. Bakı, Gənclik, 1967. 192[4]s.

8. Məni qınamayın. Povestlər və hekayələr. Bakı, Gənclik, 1968. 290[2]s.

9. Saçlar ağarsa da... Pedaqoji oçerklər. Bakı, Maarif, 1969.156, [4] s.

10. Qızburunda tək məzar. Sənədli povest. Bakı, Gənclik, 1970. 192, [4] s.

11. Vətən çağıranda. Sənədli hekayələr. Bakı, Azərnəşr, 1975. 225[3]s.

12. Könül sevən... Roman-povest. Bakı, Gənclik, 1977. 389[3]s.

13. Qağayı fəryadı. Povest və hekayələr. Bakı, “Yazıçı” , 1979. 279[5]s.

14. İnsan qaranquş deyil. Povestlər və hekayələr. Bakı, Gənclik, 1981. 962[2]s.

15. Toy gecəsi. Romanlar. Bakı, Yazıçı, 1985. 382[2]s.

16. Bəhyəddin Mirzəyev [Mətn]. Bakı, Azərnəşr, 1985. 30[2]s.


Tərcümələri və tərtib etdiyi kitablar:

1. Böyük Leninə Azəri yazıçılarının hekayələri /tərt. ed. Ə. Qasımov. Bakı, Azərnəşr, 1969. 123[1]s.

2. Bəşərin vicdanı, eşqi, ürəyi... Şeirlər /tərt. ed. Ə. Qasımov, red. E. Borçalı. Bakı, Azərnəşr, 1970. 183[1]s.

3. Səadətin ünvanı /tərt. ed. Ə. S. Qasımov. Bakı, Yazıçı, 1979. 211[5]s.

4. Qaydar, Arkadi Petroviç. Uzaq ellər /tərc. ed. Ə. Qasımov. Ə. Babayeva. Bakı, Gənclik, 1980. 289[4]s.

5. Bolqar hekayələri. Satira və yumor /tərc. ed. Ə. Qasımov. Bakı, Azərnəşr, 1985. 213[3]s.


Tarix: 23.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Azərbaycanın müharibələri‎
loading...