Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal Nərimanov - Elmi fəaliyyəti

İdeal Nərimanov 1953-cü ildə SSRİ EA Arxeologiya İnstitutunun Kuybışev, 1955-ci ildə Şimali Qafqaz, 1953-cü ildə AEA və SSRİ EA birgə arxeoloji ekspedisiyalarında iştirak etmişdir.

1956-cı ildə Qazax arxeoloci ekspedisiyasına başçılıq edən İdeal Nərimanov müxtəlif illərdə Sarıtəpə kompleksi (tunc Əhəməni və antik dövrlər), Babadərviş (ilk tunc dövrü) və s. böyük elmi nəticələr vermiş abidələri aşkar edib öyrənmişdir. Sarıtəpənin son tunc dövrü təbəqəsində üzə çıxarılan 500 il sonrakı dövrə aid saray kompleksi Azərbaycanda Əhəməni dövrü tarixinin bir çox problemlərinin həllinə kömək edən elmi yenilik vermişdir. Babadərviş yaşayış yerində o, Azərbaycanda ilk dəfə gil nehrələr və metaləritmə kürələrini aşkar edib, yerli əhalinin qədim mədəniyyətə malik olmasını sübut etmişdir.

İdeal Nərimanov 1959-cu ildə Qazax arxeoloji ekspedisiyasına rəhbərlik etməklə yanaşı, SSRİ və AEA birgə kompleks ekspedisiyasına rəis müavini tə’yin edilmişdir. 1960-cı ildə Qarabağ düzənliyində nəhəng ilk tunc dövrü kurqanında aparılan tədqiqatlar uğurla başa çatdırılıb, Azərbaycanda mülki və sosial bərabərsizliyin ilk təşəkkülü və səviyyəsi haqqında təsəvvür əldə etmək mümkün olmuşdur. Kür çayının orta axınında, Gəncə-Qazax düzənliyində aşkar etdiyi (1958), Elmi ədəbiyyata "Şomutəpə mədəniyyəti" adı altında daxil edilmiş erkən əkinçi maldar tayfalara mənsub yaşayış məskənləri Qafqaz və bütövlükdə Ön Asiya arxeologiyasında ən böyük kəşflərdən biridir. Həmin tədqiqatların nəticələri haqqında İdeal Nərimanov Praqada tarixçilərin VII Beynəlxalq konqresində (1966) mə’ruzə ilə çıxış etmişdir. [3]

İdeal Nərimanov 1970-ci ildə Sovet elmi nümayəndə heyəti tərkibində İrana elmi e’zamiyyət zamanı Cənubi Azərbaycanda Urmiyə gölü hövzəsində ingilis və amerikan alimlərinin tədqiqat işləri ilə tanış olmuşdur. SSRİ EA Arxeologiya İnstitutunun İraqda işləyən arxeoloji ekspedisiyasının aparıcı üzvlərindən biri olub (1973-79), qədim Mesopatamiyanın Hələb və Ubeyd mədəniyyətləri abidələrindən olan yarımtəpə, Tell-Sotto və digər yaşayış məskənlərində tədqiqatlar aparmış, qiymətli elmi nəticələr əldə etmişdir. [4]

F.R.Mahmudovun iştirakı ilə o, 1965-ci ildə Muğanda ilk dəfə eneolit dövrü yaşayış məskənləri aşkar edib, burada 1971-ci ildən Əliköməktəpəsi abidəsində sistemli tədqiqatlar aparmışdır.

Qarabağda çoxsaylı eneolit yaşayış məskənlərinin aşkarı İdeal Nərimanovun adı ilə bağlıdır.


Tarix: 23.01.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanın müharibələri‎
loading...