Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir Əliyev (milli qəhrəman) - Döyüşlərdə iştirakı

1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.


Tarix: 23.01.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 14 Bölmə: Azərbaycanın müharibələri‎
loading...