Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adil Qaçayoğlu

Həyatı
Adil Qaçayoğlu 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub.

1981-1991-ci illərdə o dövrün ən oxunan qəzetlərindən olan "Azərbaycan gəncləri"ndə çalışıb (müxbir, şöbə müdiri). Sonrakı illərdə "Həyat" (indiki "Azərbaycan"), "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər", "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb.

2008-ci il may ayının 4-də Bakıda vəfat edib.

Qarabağ mövzusunda silsilə yazılarına görə "Media açarı-2008"in təsisçilərinin xüsusi mükafatına - diplom və "Media açarı"na layiq görülüb. Elə 2008-ci ilin iyununda qələm dostlarının köməyi ilə nəşr olunmuş "Ağdam yuxuma girir..." kitabındakı yazılarının əksəriyyəti də Qarabağ mövzusundadır.

İki övladı var.


Tarix: 22.01.2015 / 19:29 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Azərbaycanın müharibələri‎
loading...