Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəridə Məmmədova

Fəridə Cəfər qızı Məmmədova – tanınmış alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı.

Həyatı

Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.

Əsas elmi nailiyyətləri

İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.

Əsas elmi əsərlərin adları
Moisey Kalankatuyskinin "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi. Bakı: 1977, (rus dilində).
Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1986, ( rus dilində).
Azərbaycanın tarixi coğrafiyası. Bakı: 1987, (kollektiv monoqrafiya).
Qarabağ probleminin səbəb və nəticələrində əlaqə (alman və azərbaycan dillərində).
Le probleme de l'ethnos albano-caucasien, "L'antropoloqie sovietique". Paris: 1990,
Qafqaz Albaniyası və albanlar-Bakı:2003(rus dilində)
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 96, 5 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20

Təltif və mükafatları
Azərbaycan SSR Dövlət Mükafatı laureatı – 1990;
Azərbaycan SSR Əməkdar Elm Xadimi – 1991;
Azərbaycan Respublikasının "Şöhrət" ordeni – 2004.

Xarici keçidlər
S.Məmmədov. Ermənistanın işğalına haqq qazandırmaq cəhdi. Bakı, “Nurlan” nəşriyyatı, 2011 – 106 səh. (Kitab AMEA-nın müxbir üzvü, t.e.d. Fəridə Məmmədovanın «Albaniya və albanlar haqqında» (Bakı, 2006) əsərində olan yanlışlıqlar, təhriflər və tarixi faktların saxtalaşdırılması hallarının araşdırılmasına həsr olunmuşdur. Müəllif göstərmişdir ki, müxtəlif səpkili qüsurlarla zəngin olan bu əsər «Böyük Ermənistan» ideyasını təsdiqləyir və dolayısı yolla Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa xidmət edir.)


Tarix: 11.01.2013 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 882 Bölmə: Alimlər
loading...