Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nina Qrebeşkova

Nina Pavlovna Qrebeşkova (rus. Нина Павловна Гребешкова) — Rusiya aktrisası.

Həyatı

Nina Pavlovna Qrebeşkova 29 noyabr 1930-cu ildə Moskvada anadan olmuşdur. 1954-cü ildə, 24 yaşı olarkən, o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. Nina öz sənətinə qız, məktəbli, pioner kimi rollarla başlamışdır. Daha sonralar isə gənc ana və müəllim obrazlarını ifa etmişdir. Onun böyük sənət yolu isə İvan Pıryevin "Düzlüyün sınağı" filminə çəkildikdən sonra başlayır.

N. Qrebeşkova Leonid Qaydayın əksər əsas filmlərində ikinci plan rollarını ifa etmişdir.
Kinorejissor Leonid Qaydayın həyat yoldaşı olmuşdur.

Filmoqrafiya
Cəsur insanlar (1950)
İdman şərəfi (1951)
Hipnoz seansı (1953)
Düzlüyün sınağı (1954)
Qız atasını axtarır (1959)
Mumu (1959)
Kor quş (1963)
Qara biznes (1965)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Brilyant əl (film, 1968)
12 stul (film, 1971)
Ola bilməz! (1975)
Harmoniya (1977)
İdman lotosu-82 (film, 1982)
Həyat üçün təhlükəlidir! (film, 1985)
Fransız (1988)
Xüsusi xəfiyyə və ya "Kooperasiya" əməliyyatı (1989)
Nastya (1993)
Nina (2001)
Dəmiryol romansı (2002)


Tarix: 23.02.2013 / 16:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Aktyorlar
loading...