Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ənvər Həsənov

Aktyor. Koordinator. İkinci rejissor. Arxiv kadrlar. Film və verilişlərdə iştirak edən. Rejissor assistenti.

Həyatı

Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Əməkdar artistdir.

Filmoqrafiya
Ağ atlı oğlan (film, 1995)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Arxadan vurulan zərbə (film, 1977)
Babək (film, 1979)
Bəyaz həyat (film, 2003)
Bəyin oğurlanması (film, 1986)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizim küçənin oğlanları (film, 1973)
Cavad xan (film, 2009)
Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007)
Çalış, nəfəs alma (film, 2006)
Dədə Qorqud (film, 1975)
Dəli Kür (film, 1969)
Dərviş Parisi partladır (film, 1976)
Doğma sahillər (film, 1989)
Dolu (film, 2012)
Dörd bazar günü (film, 1975)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Ərazi (film, 2005)
Gözbağlıcı (film, 1986)
Gözlə məni (film, 1980)
Haray (film, 1993)
Hökm (film, 1994)
Xoşbəxtlik qayğıları (film, 1976)
İnsan məskən salır (film, 1967)
İstintaq davam edir (film, 1966)
İşarəni dənizdən gözləyin (film, 1986)
Kənar adamlar (film, 1992)
Küləyapardı (film, 1986)
Qanlı zəmi (film, 1985)
Qatır Məmməd (film, 1974)
Məhkumlar (film, 2007)
Ovsunçu (film, 2003)
Ölüm növbəsi (film, 2009)
Pirverdinin xoruzu (film, 1987)
Səhər (veriliş, 1995)
Səhərə inan... (film, 2011)
Səmt küləyi (film, 1973)
Son döyüş (film, 1996)
Sübhün səfiri (film, 2012)
Şəhərli biçinçilər (film, 1986)
Tələ (film, 1990)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Uşaqlığın son gecəsi (film, 1968)
Yeddi oğul istərəm... (film, 1970)


Tarix: 06.02.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Aktyorlar
loading...