Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələsgər Ələkbərov

Ələkbərov Ələsgər Hacıağa oğlu (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycan aktyoru, SSRİ xalq artisti.Mündəricat
1 Həyatı
2 Adlar və mükafatlar
3 Teatr səhnəsindəki rolları
4 Filmoqrafiya
5 Şəkillər
6 Mənbə
7 Xarici keçidlər
8 Həmçinin bax


Həyatı

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Poçt markası (2010).

Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

31 yanvar 1963-cü ildə vəfat edib.

Adlar və mükafatlar
SSRİ xalq artisti.

Teatr səhnəsindəki rolları
Makduf (Makbet, Vilyam Şekspir)
Vaqif (Vaqif, Səməd Vurğun)
Fərhad (Fərhad və Şirin, S.Vurğun)
Otello (Otello, V.Şekspir)
Xanlar (Xanlar, S.Vurğun)
Minnətov (Vəfa, Rəsul Rza)
Alxan (Bahar suları, İlyas Əfəndiyev)
Yusif (Məhəbbət, Mirzə İbrahimov)

Filmoqrafiya
Ağasadıq Gəraybəyli (film, 1974)
Aktrisanın təbəssümü (film, 1974)
Almaz (film, 1936)
Altıncı hiss (film, 1935) - mühəndis Heydər
Bizim küçə (film, 1961)
Böyük dayaq (film, 1962)
Fətəli xan (film, 1947)
Kəndlilər (film, 1939)
Kölgələr sürünür (film, 1958)
Qara daşlar (film, 1956)
Qızmar günəş altında (film, 1957)
Qüdsi (film, 2007)
Lətif (film, 1930) - Kolxoz sədri
Leyli və Məcnun (film, 1961)
Ögey ana (film, 1958)
Onlar belə sevirdilər (veriliş, 2007)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Səhər (film, 1960)
Sovqat (film, 1942)
Uzaq sahillərdə (film, 1958)
Vulkan üzərində ev (film, 1929)
Yeni horizont (film, 1940)


Tarix: 06.02.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Aktyorlar
loading...