Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlgüşad Rəhimov

Aktyor

Həyatı

Ə.Rəhimov 1975-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor olaraq çalışır. Hazırda aparıcı səhnə ustası və truppa müdiridir. Fasiləsiz işlədiyi bu 31 il ərzində 207 obraz yaratmışdır. M.F.Axundov "Hacı Qara" Hacı Qara, S.Rəhman "Toy" Salmanov, Şekspir "Romeo və Sulyetta" Montekki, Ə.Əylisli "Bağdada putyofka var" Əzizov, N.Həsənzadə "İmzalar içində" Nəsib bəy və başqaları. Kollektivlə birlikdə xarici qastrollarda olmuşdur. 1993-1994-cü il teatr mövsümündə baş rejissor işləmişdir.

Ə.Rəhimov 2001-ci ildə "Məni qınamayın" tamaşasındakı Vəli Qulamoviç roluna görə "Qızıl Dərviş" mükafatını almışdır. Fəxri-fərmanlar və pul mükafatları almışdır.

Filmoqrafiya
Yük (film, 1995)
Şəki teatrında (film, 2006)
Bir ovuc torpaq (film, 2009)


Tarix: 06.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Aktyorlar
loading...