Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Hacıyev

Həyatı

Hacıyev Vüqar Aydın oğlu - 1983-ci ildə Bakı şəhərində anadan olmuşdur. Səsi lirik tenordur.

2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakwltəsini bitirmişdir.

2003-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində E.Sabitoğlu "Bankir adaxlı"da nümayəndə, Mustafayev "Volqalı canan""da şair Qaynar, O.Rəcəbov "Əlin cibində olsun"da Qəşəm, R.Əkbərin "Bəydullanın möhtəşəm toyu"nda Qeybulla, S.Fərəcov "Bir günlük siğə"də Xəlil kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.

V.Hacıyev "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Küçələrə su səpmişəm" və "Yalan" filmlərinə çəkilmişdir.

Subaydır.

Filmoqrafiya
Küçələrə su səpmişəm (film, 2004) (Tağı)
Yalan (film, 2006)


Tarix: 05.02.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Aktyorlar
loading...