Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi Əliyev

Vidadi Əliyev – Azərbaycan aktyoru.

Həyatı

Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb.

V.Əliyev 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Elə həmin ildən etibarən o, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1988-2000-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olmuşdur.

V.Əliyev aktyor kimi işlədiyi 41 il ərzində 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaratmışdır. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanmışdır.

V.Əliyev "Bayquş Gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də Ata obrazlarını yaratmışdır.

Rejissor kimi böyük əks-səda yaradan tamaşalara quruluş vermişdir: A.Makayonokun "Tribunal"ına, P.Paçevin "Əkizlər"inə, M.Haqverdiyevin "Qısqanc ürəklər"inə, A.P.Çexovun "Təklif"inə, M.Birkiyenin "Oğru"suna və s.

Vidadi Əliyev 1978-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalına layiq görülmüşdür.



Filmoqrafiya
Ailə (film, 1998)
Bayquş gələndə (film, 1978)
Bəsdir, ağlama! (film, 1999)
Bulağıstan (film, 2009)
Cavid ömrü (film, 2007)
Dayanacaq (film, 2009)
Doğma sahillər (film, 1989)
Ərazi (film, 2005)
Fatehlərin divanı (film, 1997)
Girov (film, 2005)
Hökmdarın taleyi (film, 2008)
İrəvan və irəvanlılar. I film. İrəvan (film, 2007)
Küçələrə su səpmişəm (film, 2004)
Qəzəlxan (film, 1991)
Olacağa çarə yoxdur (film, 2003)
Ömürdən uzun gecə (film, 1996)
Sirr (serial, 2012)
Təxribat (film, 1990)
Yalan (film, 2006)


Tarix: 05.02.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Aktyorlar
loading...