Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muxtar İbadov

Muxtar İbadov - aktyor, inzibatçı.

Həyatı

Azərbaycanın yetişdirdiyi nadir sənətçilərdən biri Muxtar Şəhmir oğlu İbadov 1955-ci il fevral ayının 2 də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almiş sənətin incəliklərinə sahib olmuşdur.

Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar ibadov bir çox tamaşalaraç səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Muxtar İbadov ailəlidir 2 uşağı var, birdə nəvəsi.

Filmoqrafiya
Bəyaz həyat (film, 2003)
Bir anın həqiqəti (film, 2003)
Bir mahnının işığı (film, 2002)
Bütün qadağaların fövqündə (film, 2002)
Cavid ömrü (film, 2007)
Çarpaz bucaqlar arasında (film, 2002)
Daşları dindirən alim (film, 2001)
Günorta qatarı (film, 2003)
Hökmdarın taleyi (film, 2008)
İki xalqın oğlu (film, 2004)
İşığımız sönməyəcək (film, 2003)
Könlün fəsilləri (film, 2001)
Köpək (film, 1994)
Qəlbin Ay işığı (film, 2002)
Qətl günü (film, 1990)
Qürbət eskizləri (film, 2003)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Sarı gəlin (film, 1998)
Şimşəklər kimi (film, 2003)
Şöhrət və ya unudulan adam (film, 2003)
Tale yolu (film, 2003)
Tilsim (film, 2005)
Ümid (film, 1995)


Tarix: 02.02.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 384 Bölmə: Aktyorlar
loading...