Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Munis Şərifov

Munis Şərifov - Musiqiçi. AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

1962-ci ildə anadan olmuşdur.

M.Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.

O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir.

M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir.

2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır.

O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.

9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Qız qalası (film, 2000)


Tarix: 02.02.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Aktyorlar
loading...