Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Qahhar

Əl-Qahhar (ər. القهّار) — Allahın adlarından biri.

Məğlub olmayan, daim qalib gələn, güc sahibi, hər şeyə hakimiyyəti çatan deməkdir. Bu ad Qurani-Kərimdə altı dəfə keçmişdir.

"əl-Ənam" surəsinin 18-ci ayəsində buyurulur: "O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!"

Uca Yaradıcı Ona inanmayıb, əmrlərindən üz çevirənləri Qahhar adı ilə cəzalandırar. Allahın qəzəbinə məruz qalmamağın yolu Şeytana uymamaqdan keçir. Həmçinin, Onun yaratdıqlarına zülm, haqsızlıq etməmək lazımdır.


Tarix: 24.02.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: ALLAH
loading...