Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın adları

Allahın adları — Əsmayi-hüsna

Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin...”[1]; “Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!”[2].

Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: “Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər”[3].

Mənbə

"Cəmiyyət və Din" qəzeti, 2010-cu il. Güney Həsənova.


Tarix: 23.02.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: ALLAH
loading...