Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A Team – Bağışla

A Team – Bağışla Lyrics

[ Şahruz ]
Hey dostum bilirəm ki bəlkədə ilk dəfə məni dinləyirsən..
Mənə lazım deyil məni tanımağın, ama bu rapimlə dərdinə şərik olacam..
Bağışla məni ata, ana, sizə görə nümunəvi övlad ola bilmədim..
Bağışlayın dost-tanışım, sözünüzü yerə saldım….
Rap əvəzinə demədim mən meyxana, çıxdım bir yola.
Sığındım Allaha, Bismillah dedim, amma yelkən fora.. “Həyat davam edir”
Əvvəlcə qanadların olmalı, uçurumlardan atlamaq üçün..
Nə qədər nəfəs alırsansa bil yaşamaq üçün hələ ümüdlərin var..
Zaman oynundakı məğlublar, bizə məlumlar..
Gələcəyə qalib gələ bilmək üçün, tək silahın bilki bu gündür, günəşlə yeni gündür…
Yeni sabahlara günəşə günaydın deyərək hər səhər oyan..
Olsan günəş hər kəsi qəzəbindən qoru, dövr elə aləmi, günəşinəm mən..

[ Chorus ]
Bəsdi küləklər, əsdin ömrümə..
Kəsdin işığımı, önümü görmürəm..
Tərsdi baxışlar, nəsdi yağışlar..
Fərzdi çağırışlar, geri dönmürəm.. (X2)

[ Dakodje ]
Qış düşürdü pəncərəmdə doğanda hər yeni günəş…
Ana bağışla bu gün öz aləmimə edim sərgüzəşt…
Mən gecələr yatmıram, qorxma etmirəm viranlıq..
Mənim orda üç dostum var, sükut, təklik, qaranlıq..
Neyləyim ki sevmədim düz adıyla nöqsanları..
Və mən həyatı sevirdim, sevmədim insanları..
Düşmənimədə gül uzatdım, o sa qırıb yerə atdı..
Ətrini duymaqdansa, dedi tikanları əlimə batdı..
Mikrafonda əllərdə, keçdi ömrüm illərdə..
Və hər yıxılmaq ayağa qalxmağıma oldu səbəblərdə..
Yenə mənə səmimi gələnin, batan gəminin çəkmə qəmini..
İtir mənimi, itən sənimin, tapma bir dəfə sonunu zülümün..
İnandım ki bir gün köçüb gedər ruhum mənzildən..
Getmədim ki mən zildən, aşağlarda uçurdum mən..
Yıxılmaq qorxusu qəlbdə, dedim ömrüm tənzimlən..
Ağrım sanki zəlidəndə ağır olub əzəldən…

Bəsdi küləklər, əsdin ömrümə..
Kəsdin işığımı, önümü görmürəm..
Tərsdi baxışlar, nəsdi yağışlar..
Fərzdi çağırışlar, geri dönmürəm.. (X3)


Tarix: 23.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: A Team
loading...