Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdə hazırlaya biləcəyiniz sərinləşdirici içki

İsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Biz də elə bu dəfə sizinlə ev şəraitində hazırlaya biləcəyimiz dadlı, bol vitaminli bir sərinləşdirici içkinin reseptini bölüşmək istəyirik.

Bu içkini hazırlamaq üçün bizə lazımdır:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
Yarım qaşıq limon suyu
300 qram şəkər tozu

İndi isə hazırlamağa başlayaq:
İlk olaraq bir litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edib qaynadın. Qaynadıqdan 2-3 dəqiqə sonra onu sobadan götürüb soyumağa qoyun. Bu vaxt ayrı qabda 2 ədəd xiyarın içini çıxarıb qabıq tərəfini xırda xırda doğrayın. Qaba tökünb üzərinə limon suyu əlavə edin.
Qaynadılmış suyun üzərinə bu qarışığı əlavə edin. Onu şüşə yaxud plastik bir qaba tökərək soyuducuya qoyun. 2-3 saat soyuducada saxlayın və budur bol vitaminli yay içkiniz hazırdır.
NUŞ OLSUN!!!


Tarix: 07.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Aşbaz Abbas
loading...