Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəmir xörəkləriZeytunlu rulet bulku

Zeytunlu rulet bulku

MATERİAL SİYAHISI:

3 su stəkanı un
Yarım paket yaş maya
1 çay stəkanı süd
1 yumurta
1 su stəkan mineral su
Yarım çay stəkanı zeytun yağı
Duz
Su

DAXİLİ XƏRCİ ÜÇÜN:

Ağ pendir
Zeytun əzməsi
Kəklikotu
Pulcuq istiot

ÜZƏRİ ÜÇÜN:

Yumurta sarısı
Qara zeytun

İÇİ:

Unu qarışdırma qabına alırıq. Duzunu səpirik, ortasını hovuz kimi açırıq. Ortaya yaş maya qoyuruq. Mayanın üstünə südü və zeytun yağını tökürük. Yumurtanın ağını əlavə edirik. Yumurta sarısını üzəri üçün ayırırıq. Bir az da ilıq su tökürük. Ortadakı mayelərlə əvvəl maya əridirik. Mineral suyunu da tökürük. Kənardan un alaraq xəmiri Ardı »

Xəmir xörəkləriLahmacun

Tərkibi:

Xəmir üçün:
1 kq un;
1 paket yaş maya duz;
1 desert qaşığı şəkər tozu;
1/2 çay stəkanı maye yağ;
ala bildiyi qədər ilıq su.

İçi üçün:
1/2 kq dana qiyməsi;
1/2 dəstə cəfəri;
4 ədəd pomidor;
7 ədəd soğan;
1 yemək qaşığı qırmızı istiot;
3 qaşıq maye yağ;
3 qaşıq tomat pastası.


Hazırlanması:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Yarım saat acımağa qoyun. Sonra içini hazırlayın. 1/2 kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə birlikdə qarışdırın.
Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra Ardı »

Xəmir xörəkləriPendirli çobanyastığı kətəsi

Pendirli çobanyastığı kətəsi

MATERİAL SİYAHISI:

4,5 su stəkanı un
Yarım paket yaş maya
100 q çərkəz pendiri
150 q ağ pendir
1 çay stəkanı süd
Yarım çay stəkanı zeytun yağı
1 yumurta
Duz
Su

QAT ARALARI ÜÇÜN:

100 q kərə yağı

ÜZƏRİ ÜÇÜN:

Yumurta sarısı
Çörək otu
Küncüt

İÇİ:

Kərə yağını tavada əridirik və soyumağa qoyuruq. Unu qarışdırma qabına alırıq, duzunu tökürük. Ortasını hovuz kimi açırıq. Maya ortaya qoyuruq. Üzərinə südü və zeytun yağını tökürük. Yumurtasını qırırıq. Bir az da ilıq su tökürük. Ortadakı mayelərlə əvvəl maya əridirik. Üzərinə ağ pendiri və çərkəz pendiri rəndələyirik. Xəmiri yaxşıca Ardı »

Xəmir xörəkləriPendirli mini kruassan

Pendirli mini kruassan

MATERİAL SİYAHISI:

3 su stəkanı un
Yarım paket yaş maya
Yarım çay stəkanı zeytun yağı
2 xörək qaşığı kərə yağı
1 çay stəkanı süd
50 q dil pendiri
100 q ağ pendir
1 yumurta
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

Yumurta sarısı

İÇİ:

Unu qarışdırma qabına alırıq. Duzunu səpirik. Dil pendiri və ağ pendiri üzərinə rəndələyirik. Ortasını hovuz kimi açırıq. Ortaya yaş maya qoyuruq. Mayanın üstünə zeytun yağını və südü tökürük. Yumurtanın ağını qoyuruq, sarısını üzəri üçün ayırırıq. Otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Bir az da ilıq su tökürük. Ortadakı maye materiallarla əvvəl maya əridirik. Kənardakı materialları Ardı »

Xəmir xörəkləriGürcü xəngəli

Gürcü xəngəli – resept.

İstifadə olunan məmulatlar :

Xəmir üçün:
3 st. un
1 st.su
1 yumurta
duz
İç üçün:
250 qr yağlı qoyun əti
200 qr mal əti
3 baş soğan
qırmızı və qara istiot
su,duz


Hazırlanması:

Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.

İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur.
Xəmir kiçik hissələrə ayrılır,kündələnir.

Hər kündə yayılaraq içinə qiymə qoyulur.
Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz

Xəmirin kənarı şəkildə göstərildiyi qaydada bükülür.

Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir. Ardı »

Xəmir xörəkləriÖrgülü pizza

Örgülü pizza

MATERİAL SİYAHISI:

3 su stəkanı un
Yarım paket yaş maya
Yarım çay stəkanı zeytun yağı
Duz
Su

SOSU ÜÇÜN:

1 xörək qaşığı pomidor tomatı
2 diş sarımsaq
1 dəstə reyhan
Zeytun yağı
Duz
İstiot
Su

DAXİLİ XƏRCİ ÜÇÜN:

Kaşar pendiri
Dil pendiri
Sucuq

İÇİ:

Unu qarışdırma qabına alırıq, duzunu səpirik. Ortasını hovuz kimi açırıq. Ortaya yaş maya qoyuruq. Mayanın üstünə zeytun yağını və ilıq suyunu axıdırıq. Ortadakı mayelərlə maya əridirik. Kənardan un alaraq xəmiri yoğururuq. Yumşaq bir xəmir əldə edirik. Xəmiri iki bərabər hissəyə ayırırıq və xəmirləri yuvarlayırıq. Dəzgaha və xəmirlərə un səpirik, iki Ardı »

Xəmir xörəkləriQuru xəngəl

Xəmir

Un

1 yumurta

Su

Duz

Xuruş

Quyun ya mal ətindən qiymə

Soqan

Duz

İstiot

Yağ

Qatıq

Sarımsaq


Hazırlanması:

Un, yumurta və sudan ələ yapışmayan xəmir yoğrulur (düşbərə xəmiri kimi). Çox nazik yuxa yayılır (yaymaq haqqında “texnika” bölümünə baxın). Yuxa iri romblara bölünür və başqa bir səthin üstünə qurumaq üçün yığılır.

Vaxtaşırı rombları yapışmamaq üçün çevirmək lazımdır. Qurumaq müddəti 7-9 saatdır.

Bu müddətdə qiyməni hazırlayın. Çəkilmiş ət soğanla, duzla, istiotla qarışdırılır və tavaya qoyulur. Üstünə 2 x.q. su tökülür və ətin suyu buxarlananadək bişirilir.

Sonra, əgər ət yağlı deyilsə, ətə yağ əlavə olunur və ət qızardılır. Qaydaya görə ət çox qızardılmamalıdır, amma mən özüm çox qızardılmış qiymə xoşladığım üçün, şəkildə də belə düşüb.

Qatığı əzilmış sarımsaqla qarışdırın, bir Ardı »

Xəmir xörəkləriPizza, Pizza – Isti Pizza!

PIZZA
Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

4 stəkan yarım (607.5 q) ağ un
1 + dörtdə üç çay qaşığı duz
1 çay qaşığı toz maya
dörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır)
1 xörək qaşığı şəkər tozu


BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ardı »