Şirniyyatlar → Tiramisu Tortu
Bu şəkildə gördüyünüz Tiramisu buzluqdan çıxıb, ona görə kremi tökülmür. Soyuducuda saxlanan Tiramisu isə olduqca yumuşaq olur və bu, belə də olmalıdır.
Tiramisu İtaliyanın ən məşhur şirniyyatıdır. Deyə bilərəm ki, mənim ən çox xoşladığım 3-4 şirniyyatın içərisinə Tiramisu da daxildir. O qədər yüngül və o qədər ləzzətlidir ki, deməklə qurtarmır. Gərək onun dadına baxasınız. Tiramisu İtalyanca :Məni Qaldır: deməkdir. Sözün məcazi mənasında. Yəni, bu tort o qədər ləzzətlidir ki, insan yeyib, bir növ göylərə qalxır:)
Tiramisunu hazırlamaq üçün sizə reseptini yazdığım Savoiardi qurabiyəsi (qadın barmağı) lazımdır. Bir də ənənəvi olaraq, məşhur İtalyan pendiri – Maskarpone (Mascarpone)
TIRAMISU
Mənbə: The Washington Post, July 11 2007. Müəllif Ardı »