Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərZərrabi məscidi

Zərrabi məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.
[redaktə]
Tarixi

Zərrabi məscidi iki kümbəzlidir,eyvanlı və darovsarlı məscidlər tipində inşa olunmuşdur. Tədqiqatçı Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası iə əlaqədar olaraq göstərir ki, bu məscid Zərrabi məhəlləsinin ağsaqallarından Hacı Qəzənfər Kərbəlayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştiraki ilə XIX yüzilliyin əvvəllərində məhəllə camatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir. Gəncə Dövlət Nizami Poeziya Teatrı olaraq fəaliyyət göstərir. Ardı »

MəscidlərPirqəmiş məscidi (Naxçıvan)

Pirqəmiş məscidi - Naxçıvanda yerləşən qədim məscid.[1]Mündəricat [gizlə]
1 Yaranması
2 İstifadəsi
3 Müasir dördə vəziyyəti
4 İstinadlar

[redaktə]
Yaranması

Məscidin yaranması tarixi VIII əsrə aid edilir.

Rəvayətə görə, Naxçıvanda islam dinindən öncə İraq əcəmi vilayətlərindən bir nəfər qələndər (tərki dünya) gələrək, indiki məscid yerində özünə daxma tikmiş və tənha ömür sürüb.

Qələndər öldükdən sonra, adamlar mərhumun cənazəsini adət üzrə daxmasında böyük saxsı küpdə dəfn ediblər. İslamdan öncə insan cəsədləri adətən Zərdüşt qanunlarına görə, günahkarlar yandırılar, günahsızlar isə böyük küplərdə torpağa basdırılarmış.

Baxımsız qalan daxma uçub-tökülür, yeraltı sular ətrafda sıx qəmişlik bitirir. Atəşpərəst əhali, bayram günlərində bivaris qələndərin (daxması) “məzarı” yanında tonqal qalayaraq (Avesta” kitabındakı atəşbazlıq, Zərdüşt dinin əsasını Ardı »

MəscidlərCümə məscidi — Masallı

Cümə məscidi — Masallı rayonunun Boradigah qəsəbəsində yerləşən məscid.

Məscid 1853-1854-cü illərdə tikilib. SSRİ dönəmində bir neçə dəfə bağlansa da respublikamız müstəqillik əldə etdikdən sonra sakinlərin istifadəsinə verilib. Ardı »

MəscidlərRəcəb Paşa məscidi

Rəcəb Paşa məscidi — 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məscid.

Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində Rus Pravoslav kilsəsi tikilmişdir. Ardı »

MəscidlərƏjdərbəy məscidi

Əjdərbəy məscidi — 1905-cı ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır.
[redaktə]
Layihəsi

Ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır.[1]

Bakı müsəlmanlarının ən qədim və iri ibadətgahlarından olan bu məscid Hacı Əjdərbəyin şəxsi büdcəsi hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet hökuməti dağıldıqdan sonra bu məscidə də ziyarətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Elə bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulmasını, ibadət Ardı »

MəscidlərCümə məscidi (Sucas)

Sucas Cümə Məscidi – Sultaniyyə şəhərindən 52 km cənub – qərbdə olan Sucas kəndinin ən məşhur abidəsi olmaqla yanaşı Azərbaycanda İslam memarlığının inkişafını izləmək baxımından mühüm abidədir. Üstündə kitabəsi qalmayan bu abidənin tikilmə çağını araşdırmaçılar 1100-cü il olaraq qəbul edirlər.

Sucas Came məscidi öz lkin quruluşunu yaxşı saxlamış Səlcuqlu abidələrindəndir. Planı ənənəvi kvadrat biçimli olsa da, məscidin üzəri özümlü işlənmişdir. Onun mehrablı güney divarı açırımsızdır. Baş girişin olduğu quzey divarında iri bir qapı açırımı və içəridə onun yanlarında ensiz dayaz taxçalar olduğu halda, yan divarların iç səthinin ortasındakı tağçanın yanlarında iki nisbətən iri açırım verilmişdir. Mehrab çərçivəsinin yanlarını da onunla bir hündürlükdə Ardı »

MəscidlərHüseyniyyə məscidi

Hüseyniyyə məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid.Mündəricat [gizlə]
1 Tarixi
2 Şəkilləri
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Tarixi

Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən Ardı »

MəscidlərƏylis məscidi

Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi.
[redaktə]
Tarixi

Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə İran şahı I Şah Abbas tərəfindən inşa edilmişdir (el arasında Şah Abbas məscidi də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda bərpa edilmişdir. Ardı »