Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alpay AzərQız psixoloqu

Qız psixoloqu

Əmanəti verən nyu-yorklu biznesmen Condur, çatdırmalı olan isə Tovuzdan olan, Moskvanın böyük topdansatış meyvə bazalarının birində işləyən biznesmen otuz dörd yaşlı Veysəldir. Con iki yüz əlli dolları Veysəllə Moskvadakı məşuqəsi, ginekoloq işləyən iyirmi səkkiz yaşlı Yekaterinaya göndərir. Conla Veysəl biznes partnoylarıdırlar, Con il ərzində çox vaxt Moskvada olur, gəmilərlə Amerikadan gələn meyvə-tərəvəzi Moskvanın böyük bazarlarına çatdırılması işlərinə baxır, boş vaxtlarında Veysəllə bazlığa, saunaya, gecə klublarına, qız striptizinə tamaşa eləməyə gedir. Əvvəllər bir yerdə ayda bir dəfə gecəsi səkkiz yüz – min dollar qiyməti olan elit fahişələri çağırırıdılar, Con Yekaterinanı, qısaca deyək Katyanı tapandan sonra gecə klublarının birində tanış olub evlərinə getmişdi, Ardı »