Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xan (Şəki xanı)Hüseyn xan (Şəki xanı) Ailəsi

Atası[redaktə]
Əsas məqalə: Səlim xan
Səlim xan 1795 — 1797 və 1805 — 1806-cı illərdə Şəki xanı olmuşdu. O, 4 noyabr 1806-cı il tarixdə, iqamətgahı Nuxa qalasının ruslar tərəfindən döyüş yolu ilə tutulmasından sonra hakimiyyətini itirmiş, əvvəl İrana, sonra isə Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat etmişdi.

Qardaşları[redaktə]
"Şəki xanlarının nəsil şəcərəsi"ndə həm də qeyd edilmişdir ki, Hüseyn xanın qardaşı Hacı xan nə vaxtsa İranda Kirmanşahın qubernatoru imiş və həmin şəhərin yaxınlığındakı Kerend kəndinin adamları tərəfindən öldürülmüşdür. Hüseyn xanın digər qardaşı Süleyman xan isə rus ordusunda xidmət etmiş, Varşavada vuruşmuş və polkovnik rütbəsinə qədər yüksəlmişdir.

Oğlanları[redaktə]
Əsas məqalə: Məşədi Ardı »

Hüseyn xan (Şəki xanı)Hüseyn xan (Şəki xanı)

Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən o, Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, Ardı »

Hüseyn xan (Şəki xanı)Hüseyn xanın Şəki xanı olması (mənbələrdən iqtibaslar)

Yerli mənbələrdə
Narrativ mənbədə — Şəkidə tərtib olunmuş maddeyi-tarixlərdə, Hüseyn xanın Şəkidə xan olması tarıxi belə göstərilir:

"Hacı Çələbi xanın oğlu Həsən ağanın oğlu Hüseyn xanın oğlu Səlim xanın oğlu alicah Hüseyn xanın Şəki vilayətində hökmranlıq etməsi tarixi: 4 məhərrəm 1242 (avqust 1826)".
"Hüseyn xanın Şəki vilayətinə gəlməsi tarixi: 7 məhərrəm 1242 (11 avqust 1826)".
Rus mənbələrində[redaktə]
Gürcüstanın Rusiyaya birləşdirilməsinin 100 illiyi münasibəti ilə tərtib edilmiş "Qafqazda Rus hakimiyyətinin bərqərar olması" ( rus. Утверждение русского владычества на Кавказе ) adlı kitabda qeyd edilir ki,

"9 avqust[q 1] tarixdə iranlılar bizim (– ruslar) tərəfdən boşaldılmış Yelisavetpola (– Gəncəyə) girdilər və qalanı tutdular. İran bayrağı yenə də köhnə qalanın Ardı »

Hüseyn xan (Şəki xanı)Hüseyn xanın İrana qaçmasından az sonra Şəki xanlığının bərpası istiqamətində edilən başqa cəhdlər

"Qafqazda Rus hakimiyyətinin bərqərar olması" kitabında qeyd edilir ki,

"Yermolov Bakıda olarkən isə qəflətən knyaz Eristovdan məlumat aldı ki, dağ ləzgiləri, Gürcü şahzadəsi Aleksandr və Abbas Mirzənin təhriki ilə böyük ordu halında Nuxaya gələcəklər ki, Həştərxanda yaşayan xanın (–Məhəmmədhəsən xanın) övladlarından birini xan etsinlər. Yermolov həmin saat geri dönməyə məcbur oldu və göstəriş verdi ki, Rusiyadan yeni göndərilmiş bütün qoşunların bir hissəsi Car vilayətində, bir hissəsi isə Şəkidə və Şirvanda cəmləşsin. Ordu oralarda yalnız 12 noyabr – 12 dekabr arasında cəmləşdi. Yelisavetpolda saxlanılmış Sevastopol polku istisna olmaqla, bütün 20-ci piyada dviziyası Alazan sahilinə göndərilmişdi; 2-ci Ulan diviziyası 13 №-li süvari-artileriya rotası ilə Ardı »

Hüseyn xan (Şəki xanı)Vəfatı

Şəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir. Hacı Cəmil tərəfindən tərtib olunmuş "Şəki xanlarının nəsil şəcərəsində" isə qeyd edilib ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində dünyasını dəyişmişdir

Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür:

"Şəki xanı Hüseyn xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən şahzadənin (–Abbas Mirzənin) bütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: "Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr, savaş mənim üçün hələ bundan belə başlayır.". Ardı »