Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MaraqsızSevgilisinə nişan hədiyyəsi kimi 99 “iPhone 6” aldı

Çinin Quancjou əyalətindən olan gənc sevgilisinə qeyri-adi nişan hədiyyəsi alıb.
Lenta.ru-nun məlumatına görə proqramçı evlilik təklifi etdiyi sevgilisinə 99 ədəd “iPhone 6” smartfonu hədiyyə edib. Bütün bu hədiyyələr onun təxminən iki illik qazancı hesabına başa gəlib. Belə ki, gənc sözügedən evlilik hədiyyəsinə 80 min dollar xərcləyib.
Aldığı smartfonları ürək formasında düzən çinli gənc bunun xanıma yaraşan nişan üzüyü olacağını planlaşdırırmış. Bu gözlənilməz addımın qarşılığında isə xanım bütün gözləntilərin əksinə olaraq təklifi rədd edib. Heç də xoş sonluqla nəticələnməyən bu eşq etirafı haqqında hazırlanan həvəskar fotorepartaj isə “Weibo” sosial şəbəkəsində dərc edilib. Ardı »

Maraqsız8 mart- Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bu dəfəki məqaləmizdə sizi dünyanın ən güclü beş qadın

Mental dəyərlərə görə dünya xalqlarının adət-ənənləri, müxtəlif mövzulara dair inancları bir-birindən fərqlənir. Bu dəfə sizə müxtəlif ölkələrdə intim münasibətə yanaşma formaları haqqında məlumat vermək istəyirik.

Tazmanya
Tazmanyada və Avstraliyanın Gipssland bölgəsində yeni evli cütlüklər elə toy zamanı yerə sərilən həsir üzərində hər kəsin gözü qarşısında ilk dəfə cinsi əlaqədə olurlar.

Cənubi Afrika Respublikası
Cənubi Afrika Respublikasında qadın hər intim münasibətdən sonra ərindən “öz haqqını” yəni, bunun maddi qarşılığını tələb edir.

İndoneziya
Əgər İndoneziyada bir insanın masturbasiya ilə məşğul olması sübut edilərsə, həmin insan sərt şəkildə cəzalandırılır: onun başı kəsilir.

Tayvan
Tayvan adətlərinə görə, toy gecəsi bəyin dostu onun “vəzifəsini” yerinə yetirərək, bəyi bu sıxıcı məşğuliyyətdən xilas edir.

Hindistan
Hindistanda şəxsi Ardı »

MaraqsızBu məqalə qadınları robot olmayan kişilər üçündür

Əziz kişilər, əgər evli deyilsinizsə, ya da ən az sizin qədər məşğul, işinəbağlı bir qadınla evlisinizsə, işə ütülənməmiş, qırış-qırış köynəklə getməmək üçün bəzən özünüz paltarınızı ütüləməyə məcbur olacaqsınız. Əminik ki, bu cümləni oxuyar-oxumaz: “Mən bunu heç vaxt etmərəm” deyən kişilər də olacaq. Amma unutmayın ki, xanımınız da robot deyil, nələrsə onun da yadından çıxa bilər. Buna görə də bəzən qarşı tərəf üçün belə fədəkarlıqlar etmək lazımdır.

Əslində bu zaman kişilərin əsəbləşməyinin əsas səbəblərindən biri də bu çıxılmaz vəziyyətdən çıxış yolunu bilməmələridir. Qəbul edək ki, çoxlarımız öz köynəyimizi ütüləyə bilmirik. Ütüləsək belə, qadının ütülədiyi köynəklə bizim ütülədiyimiz arasındakı fərq o dəqiqə Ardı »

MaraqsızMini ətək heç də kişiləri ehtiraslandırmır, amma…

Qadınlarda elə təəssurat yaranıb ki, kişilərin hamısı mini ətəyi sevir. Bəs onda nə üçün onlar qısa ətək geyinən qadınları izləməyi sevdikləri halda, çox vaxt öz xanımlarına belə geyinməyi qadağan edirlər? Bu mübahisə doğuran suala ingilis alimləri aydınlıq gətirib.
İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, sən demə, kişlərin əksəriyyəti iş yerlərində, ictimai yerlərdə qadınların qısa şalvar, mini ətək geyinməsinin qadağan olunmasını istəyir. Bəs bunun səbəbi nədir?
Keçirilən anket sorğunun nəticəsi belə deməyə əsas verir ki, kişilərin üçdə ikisi qadınların qısa ətək, leopar və dekolte geyinməsini sevmirlər. Hətta onların 60%-i qadınların iş yerində qısa ətək geyinməsinin qadağan edilməsini istəyir. Güclü cinsin nümayəndələri düşünürlər Ardı »

MaraqsızHər gün bunları özünüzə təkrar edin

Bazar Ertəsi
Kişilərin dünyanın ən nəcib varlığı olmasının sübutu odur ki, başqa varlıqlar bunu inkar etmir. Corc Kristof

Çərşənbə Axşamı
Pessimizm sadəcə zəif insanların müdrüklük adlandırdığı bir anlayışdır. Mark Tven

Çərşənbə
Qadınını kontrol edə bilmək üçün ona tabe olmaq lazımdır. Viktor Hüqo

Cümə axşamı
Bəşəriyyət dayanmaq bilmədən hərəkət edir və passivliyin hər növünü məhv edir. İoqan Volfqanq Qöte

Cümə
Kişi təsəvvürünə gətirə bildiyi və inandığı hər şeyə nail olmaq qabiliyyətinə malikdir. Nopoleon Hill

Şənbə
Həyatda iki ən vacib gün var: biri anadan olduğunu, digəri isə niyə anadan olduğunu başa düşdüyün gündür. Mark Tven

Bazar
Ən yaxşı qisas böyük bir qələbədir. Frenk Sinatra Ardı »

Maraqsızİspanlar ən ideal seks tərəfdaşıdır

İnsanın doğulduğu, böyüdüyü coğrafi mühit onun yaşayışına, sağlamlığına öz təsirini göstərdiyi kimi cinsi həyatında, intim münasibətə yanaşma formasında da özün göstərir. “The Sun” qəzeti müxtəlif ölkələrdə seksə yanaşma forması haqqında geniş araşdırma aparıb və əldə etdiyi nəticələri aşağıdakı kimi qruplaşdırıb. İndi sizə həmin araşdırmanın nəticələrini təqdim edirik.

Yeni Zenlandiya: Bu ölkədə qadınlar həyatları boyu 20-yə yaxın seks partnyoru dəyişirlər. Buna görə də bu ölkənin qadınları ən rahat əldə olunan tək gecəlik sevgili hesab edilirlər.

Avstriya: Ömürləri boyu təxminən 30-a yaxın seks partnyoru dəyişən Avstriya kişiləri ən dünyanın ən şorgöz kişiləri hesab edilir.

İspaniya: Müxtəlif ölkələrdən olan qadınlar arasında keçirilən sorğuya əsasən ispaniyalı kişilər yataqda Ardı »

MaraqsızŞərab qan laxtalanmasının qarşısını alır

Danimarkalı bir qrup tərəfindən aparılan və “British Medical” jurnalında yayımlanan bir tədqiqata görə həftədə 1-7 stəkan şərab içmək beyin damarlarından birinin qanaması və ya qan laxtalanması yoluyla iflic olma ehtimalını 30% azaldır.
Tədqiqatçılar 45-84 yaşlı 13329 insanı 16 il ərzində izləyərək bu nəticəyə gəliblər. Mütəxəssislərin sözlərinə görə, pivə və digər alkoqollu içkilər isə şərabın göstərdiyi bu qoruyucu təsiri yaratmırlar. Bu isə onu deməyə əsas verir ki, insan orqanizminə müsbət təsir göstərən alkoqol deyil, şərabın içindəki təbii maddələrdir.
Qeyd edək ki, daha əvvəllər də gündə bir stəkan qırmızı şərab içməyin ürəyi qidalandıran tac damarların damar sərtliyi ilə tıxanması və infarkt riskini əngəllədiyi fikri ortaya Ardı »

MaraqsızBürcə görə qadınların xasiyyəti

Qoç bürcü qadını
Qoç bürcündə doğulan qadınlar dürüst, davakar, enerjili, sevdiklərinə, bir o qədər də sərbəstliklərinə bağlı olurlar. Bu bürcün əsas mənfi tərəfi onların çox qısqanc və qürurlu olmasıdır. Qoçlar hər zaman tərəf müqabillərindən tərif eşitmək istəyir, bununla yanaşı ailələrinə və yoldaşlarına sahiblənməyi və onları yönəltməyi yaxşı bacarırlar. Bu bürcdə doğulan qadınlar aqressiv, romantik və ona heyran olan kişiləri bəyənir.

Buğa bürcü qadını
Onlar yoldaşının sözünü dinləyən, lakin bir o qədər də inadkar insandırlar. Buğalar yaxşı bir ev sahibəsidirlər, yoldaşlarından da belə olmağı gözləyirlər. Əziz kişilər, əgər siz buğa bürcündən olan qadınla ailə həyatı qurmaq istəyirsinizsə, xəbəriniz olsun ki, buğalar çox ailəcanlıdırlar, evdə daima Ardı »