Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarVladimir Nabokov

Vladimir Nabokov (Rusça: Владимир Владимирович Набоков); Rus əsilli ABŞ yazıçısı.

Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində dünyaya göz açıb. Atası Dmitri Nabokov liberal bir siyasət adamı, vəkil və jurnalistlik fəaliyyəti ilə məşğul idi. Bu ailə ingilis mədəniyyətinin heyranı idi. Məhz buna görə balaca Vladimir ingilis dilini çox erkən öyrənmiş, hətta beş yaşında fransızca danışa bilirdi. Nabokov ilk təhsilini Piterin ən qabaqcıl məktəbi sayılan Tenişevdə alıb. 16 yaşındaykən Vladimirə əmisindən miras olaraq geniş bir ərazi qalır. Lakin tezliklə inqilab Rusiyanı bürüdüyündən mirasdan istifadə ona qismət olmur. Atası inqilab düşməni olaraq, qısamüddətli həbsdə yatmalı olur. Daha sonra onlar ailəvi olaraq Almaniyaya köşürlər. Vladimir Ardı »

Şairlər və Yazıçılarİsmayıl Şəms

[color=#f82e00]Ismayıl Şəms (1918-2008), ədəbiyyatşünas, tərcüməçi, şərqşünas
[redaktə]
Həyatı

İsmayıl Qasım oğlu 1918-cı ildə Güney Azərbaycanın mərkəzi Təbrizdə anadan olmuşdur. Orta məktəbi Təbrizdə bitirdikdən sonra Tehran universitetinin hüquq fakültəsində oxumuşdur. Az sonra İran gömrük idarəsində rəis müavini postunda işləmişdir. Gömrükdə rüşvətxorluqla razılaşmayan Ismayıl Şəms orada işləməkdən imtina edir və Təbrizə qayıdır.

1940-cı il Hacı Əli Şəbüstəri, Maşınçı, Əxgər, Padiqan və başqa silahdaşları ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradır və cəmiyyətin orqanı "Azərbaycan" qəzetinin redaktoru olur.

Cəmiyyətin fəaliyyətinin genişləndiyini görən Sovet Dövlətinin adamları ona və məsləkdaşlarına cəmiyyəti buraxıb Tudə partiyasına birləşməyi təklif edirlər. Bu təkliflə razılaşmayan İsmayıl Şəms ruslar tərəfindən Sovetlər Birliyinə sürgün edilir.

Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı genişləndikdən Ardı »

Şairlər və YazıçılarMəmməd Əkbər

Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) — jurnalist, yazıçı.
[redaktə]
Həyatı

Məmməd Əkbər 1909-cu ildə may ayının 5-də Naxçıvan MSSR Ordubad şəhərində sənətkar ailəsində anadan olmuşdur.

Ordubadda klubda və kitabxanada işləmiş, öz dünya görüşünü artırmışdır. Onun "Ordubad klubunun halı" adlı ilk yazısı 1924-cü ildə "Yeni fikir" qəzetində dərc edilir. 1925-ci ildə isə Ordubadda yeni açılan kəndli-gənclər məktəbində oxuyan Məmməd Əkbər 1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumuna göndərilir. Buranı bitirdikdən sonra "Kəndli qəzeti"ndə müxbir kimi işləməyə başlayan Məmməd Əkbər 1929-cu ildə Bakıda "Kommunist" qəzeti redaksiyasında çalışır. O, burada Bakı neftçilərinin həyatından bəhs edən bir sıra oçerklər yazır və qəzetin səhifələrində dərc etdirir.

M. Əkbər 1930-cu ildən başlayaraq hekayələr Ardı »

Şairlər və YazıçılarVladimir Portnov

Portnov Vladimir Samuiloviç - şair, tərcüməçi, tənqidçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 Həmçinin bax

[redaktə]
Həyatı

Vladimir Portnov 1927-ci il may ayının 21-də Moskva vilayətinin Babuşkino kəndində doğulmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmiş, 1951-ci ildə tərxis olunmuşdur. "Bakinski raboçi" qəzeti redaksiyasında korrektor, ədəbi işçi işləmişdir. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır (1953-1957). Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamış, mətbuatda şair-tərcüməçi və tənqidçi kimi çıxış etmişdir.

Onun Leninqradda üç illik ədəbi fəaliyyətini nəzərə almasaq, demək olar ki, 1957-ci ildən etibarən uzun müddət "Bakinski raboçi" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət Ardı »

Şairlər və YazıçılarCəfər Bağır

[color=#173bd3]Bağırov Cəfər Səfər oğlu – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Cəfər Bağır 1912-ci il mayın 5-də Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934-1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936-1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T.Drayzer, Ardı »

Şairlər və YazıçılarMailə Muradxanlı

Muradxanova Mailə Balabəy qızı (Mailə Muradxanlı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989).Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 İstinadlar

[redaktə]
Həyatı

Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, Ardı »

Şairlər və YazıçılarÇingiz Hüseynov

Çingiz Həsən oğlu Hüseynov (20 aprel 1929) – nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycanın Əməkdar incəsənət xadimi (1988).

Həyatı

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr Ardı »

Şairlər və YazıçılarNəbi Xəzri

[color=#4866e7]Babayev Nəbi Ələkbər oğlu — şair, nasir, dramaturq, publisist, tərcüməçi, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ Dövlət mükafatı laureatı (1973), Azərbaycan Dövlət mükafatı laureatı (1982), Azərbaycanın Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın Xalq şairi (1984).Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Mükafatları
4 Filmoqrafiya
5 Mənbə
6 Həmçinin bax

[redaktə]
Həyatı

Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığında Xırdalan kəndində anadan olmuşdur. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, Ardı »