Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D hərfiYuxuda Dost görmək

Yuxuda dostlarını sağlam və xoşbəxt görmək yaxşı xəbərlər əlamətidir. Ola bilsin ki, sizin üçün dəyərli olan insanlardan biri ilə görüşəcəksiniz. Dostunuzu qəmli görmək xəstəlik və iztirablara işarədir. Əgər dostunuzu heyvan cildində görmüsünüzsə bu o deməkdir ki, sizi tezliklə yaxınlarınızdan ayıracaqlar. Əgər dostunuz gözlənilmədən parlaq-qırmızı paltarlar geyinibsə, bu sizə həyəan və yaxınlarınızın narahatlığı deməkdir. Əgər dostunuz yüksək mövqedədirsə, ədalət hissi həmişə sizinlə olacaq. Əgər yuxuda dostunuzu tərk edirsinizsə, bu, dostluq əlaqələrinizin kəsilməsinə işarədir. Siz yeni təəssüratlar axtarmağa başlayacaqsınız. Qəmli və kədərli insanın əlini sıxmaq dostunuzla ayrılığa və onun itkisinə işarədir. Ardı »

D hərfiDANTEL (kurjeva)

Paltar üzərində dantel görmək-yaxın vaxtlarda evlənməyə işarədir. Röyada özünü dantel hörən görən gənc qadın özü də bilmədən bir çox sənətkaranə fəzilətlərə sahibdir və öz zövqünə uyğun bir oğlanla evlənəcəkdir. Bir parça yırtıq dantel görmək-çirkin dedi-qodulara hədəf olmamaq üçün hər addımınızı ölçüb-biçməlisiniz. Ardı »

D hərfiYuxuda Dişlər görmək

Diş –həyat enerjisinin tükənməsi, həyəcan əlamətidir. Yuxuda dişlərinizi çıxartdırmısınızsa, həyatda yaxınlarınızdan kimisə itirməkdən qorxursunuz. Yuxuda dişləriniz düşürsə,həyatda çaşqınlıq və özünüzü itirməyiniz, hərəkətsizliyiniz məqsədinizə çatmağa mane olur. Yuxuda çürük dişlər görmək xəstəlik, sağlıqla bağlı problemlərə işarədir. Yuxuda dişlərinizin yerini boş görmüsünüzsə, bu, həyat enerjinizin tükəndiyinə və vaxtından tez qocalığa işarədir.Xəstə dişlər həyatda şəxsi problemlərlə üzləşəcəyinizə işarədir. Ardı »

D hərfiYuxuda Dırmıq görmək

Yuxuda dırmıqla işləyirsinizsə, bu o deməkdir ki, digərlərinə tapşırdığınız iş özünüz bu işə nəzarət etməyənə qədər heç vaxt sona kimi tamamlanmayacaq. Sınıq dırmıqlar o deməkdir ki, xəstəlik və ya hansısa bədbəxt hadisə planlarınızın dağılmasına səbəb olacaq. Başqalarını dırmıqla işləyən görmək o deməkdir ki, kiminsə işinin xoşbəxt nəticəsi sizi sevindirəcək. Ardı »

D hərfiYuxuda Damcı görmək

Yuxuda üstünüzə damcı düşübsə, bu o deməkdir ki, siz qızdırmadan əziyyət çəkəcəksiniz. Yuxuda otun üstündə günəş şüaları altında parlayan damcılar görmək zənginlik əlamətidir. Əgər yalnızsınızsa, tezliklə sizə gözəl toy qismət olacaq. Ardı »

D hərfiYuxuda Durna görmək

Yuxuda şimal istiqamətində durna qatarı görmək ticari işlərdə uğursuz perspektivlərə işarədir. Qadın üçün bu, kədər əlamətidir. Onların cənuba tərəf uçduğunu görmək uzaqda olan dostlarla sevincli görüş vəd edir; sevgililərə bu yuxu onların bir-birinə sadiq olacaqlarına işarədir. Göydən aşağı enən durnalar görmək qeyri-adi hadisələrə işarədir. Ardı »

D hərfiDƏMİR

Röyada dəmir döymək-kimsə sizinlə pis rəftar edəcək Əyilmiş, burulmuş dəmir görmək-sevdiyiniz bir adamdan küsüb inciyəcəksiniz. Emal edilmiş dəmir görmək-istədiyiniz hər şeyi əldə edəcəyinizə və ad-sanınızın artacağına işarə sayılır. Röyada dəmirdən düzəldilmiş alətlər görmək-əsasən, əminamanlığa yozulur. Ardı »