Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Maraqlı MəlumatlarSaqqız çeynəmək ziyandı?

Çoxsaylı araşdırmalar göstərir ki, saqqız kariyesin inkişafını dayandırmaq iqtidarında deyil.


Saqqız, ağız boşluğunda PH balansını normalaşdırmağa kömək edən, ağız suyunun ifraz olunmasını stimullaşdırır,lakin kariyesdən müdafiə etmir.
Saqqızı diş pastası və diş fırçasının mükəmməl əvəzedicisi hesab etmək yanlış fikirdi.
Dişlərin ərpini aradan qaldırmaq üçün, saqqız yaxşı vasitədir, amma dişarası təmizləyici kimi effektiv deyil.
Saqqız, selikli mədə qıcıqlanması təhlükəsi də yarada bilər.Qastrit və digər həzm yolu traktı pozğunluq xəstəliyindən əziyyət çəkən insanlara saqqız çeynəmək qəti qadağandır.

Belə ki, mütəxəssislərin nəticəsinə görə, saqqız sağlamlığa çox ziyan gətirir. Ardı »

Maraqlı MəlumatlarSpermadakı möcüzə

“Nature Cell Biology” adlı tibb jurnalında dərc edilən bir xəbərə görə Avstraliyanın Graz şəhərindəki Karl Franzens Universitetinin alimləri Frank Madeo və Tobias Eisenbergin apardığı birgə araşdırma nəticəsində spermanın tərkibində olan spermidin adlı maddənin hüceyrənin inkişafına kömək etməklə yanaşı həmçinin hüceyrənin yaşlanmasının qarşısını aldığını müəyyən etmişlər.
Əsasən greyfurt, buğda və paxla kimi qida məhsullarında rast gəlinən spermidin sperma ilə yanaşı orqanizmin digər bölgələrində də mövcuddur lakin ilk spermada rast gəlindiyi üçün ona spermidin adı verildiyi qeyd edilir. Ardı »

Maraqlı MəlumatlarTibb aləmində və dünyada bir ilk

Almaniyanın Bavariya əyalətində əkinçiliklə məşğul olan 54 yaşlı Karl Merk qəza nəticəsində qollarını itirmiş və 6 il idi ki, qolsuz yaşayırdı.
Münhen Texnik Universitetinin Recht der İsar klinikasında 40 nəfər həkim heyyəti tərəfindən aparılan 15 saatlıq bir nəql əməliyyatı nəticəsində əməliyyatı uğursuz keçən və dünyasını dəyişən bir xəstənin qolları Karl Merkə köçürülmüşdür.
Karl yeni qolları ilə işıqları yandırıb söndürə və pəncərələri açıb bağlaya bilir.
Əməliyyatın rəhbəri Dr. Christoph Hoehnike mətbuat nümayəndələrinə verdiyi müsahibəsində Karlın qollarını tam normal işlətməsi üçün iki il vaxta ehtiyacı olduğunu bildirmişdir.
Həmçinin Dr. Christoph Hoehnike iki qol köçürülən bu əməliyyatın tibb tarixində ilk əməliyyat olduğunu bildirərək əməliyyatın uğurlu keçməsində payı olduğu Ardı »

Maraqlı MəlumatlarKişilər niyə xəyanət edir?

Amerikalı psixoloq M.Gray Neuman kişilər niyə xəyanət edir mövzusunda 200 kişi üzərində bir araşdırma aparmışdır. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub.
Araşdırmanın sonunda bu nəticələr ortaya çıxdı.

• Kişilərin 48%-i psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərmişdir. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

• İkinci yerdə isə cinsi problemlər durur cinsi əlaqə zamanı bir-birlərini anlamayan və ehtiyaclarını təmin edə bilməyən cütlüklər arasında kişilər xəyanətə Ardı »

Maraqlı Məlumatlar14 dəfə dərisi dəyişilən uşaq

5 yaşlı uşaq 3 mln-dan bir müşahidə edilən xəstəliyə yoluxub.
İngiltərədə 3 milyondan bir müşahidə edilən qeyri-adi xəstəlik aşkarlanıb. Beş yaşlı uşaq gündə 14 dəfə dərisini dəyişir.

Annabelle Vhitehous adlı uşaq genetik pozğunluq olan "ıchthyosis" xəstəliyinə düçar olub. Qızın dərisi gündə 14 dəfə öncə qızarır, sonra isə pul-pul olaraq tökülür. Xəstəlik qarşısında çarəsiz qalan valideynlər isə ancaq Annabellanın dərisini kremləyə bilirlər.

Qeyd edək ki, "Ichthyosis" dərinin quru, qalın, balıq dərisi görünüş aldığı xəstəlikdir. Xəstəliyin doğuşdan və doğumdan sonra yaranan 20 növü var. Ardı »

Maraqlı MəlumatlarAybaşının pozulması

1 xörək qaşığı acıyovşanın ovulub toz halına salınmış yuxarı budaqları üzərinə ½ litr qaynar su tökərək bir nеçə saat saxladıqdan sonra süzürlər. Onu gündə 3 dəfə ½ stəkan aybaşının pozulmasında içirlər. Ağrılı aybaşıda bu bitkinin yarpaqları və köklərinin həlimindən istifadə еdirlər. Ardı »

Maraqlı MəlumatlarQanı tozlaşdırdılar

İsrailin önəmli qəzetlərindən olan “Jerusalem Post” qəzetinin verdiyi xəbərə görə bir İsrail firmasında qanı donduraraq toz halına salıblar. Qəzetin yaydığı məlumata görə firma insan qanını qurudaraq toz şəkilinə gətirir sonar isə xüsüsi paketlərdə qablaşdırırlar və daha sonar toz halında olan qan lazım olan zaman təmiz su ilə qarışdırılaraq maye halına çevrilir və istifadə olunur.
Məhsulun ilk olaraq İsrail ordusunda sınaqdan keçiriləcəyi bildirilir. Hər bir əsgərdən döyüş qabağı qan alınaraq xüsusi laboratoriyada qurudulub toz halına gətirildikdən sonar paketlərdə əsgərlərin döyüş çantasına yerləşdiriləcək. Əsgər yaralandıqda və ona qan lazım olduqda isə tozlaşdırılmış qanı su ilə qatışdirıb maye halına gətirərək əsgərin damarlarına yeridəcəklər.
İsrail ordusunun generalı Ardı »

Maraqlı MəlumatlarTənhalıq insanın həyatını qısalda bilər

BBC bildirir ki, 1600-dək yaşlı insan üzərində tibbi tədqiqat aparmış ABŞ alimləri "tənhalıq hissi" keçirənlər arasında ölüm riskinin azqala 2 dəfə artıq olduğunu aşkar ediblər.

Tənhalıq eləcə də, funksional tənəzzül və gündəlik fəallığın düşməsilə müşayət olunub.
Orta yaşı 71 olan müşahidə edilən yaşlılar qrupunun üzvlərindən onların özlərini "atılmış, təcrid olunmuş, yaxud ünsiyyətdən məhrum olunmuş" hiss edib-etmədikləri soruşulmuşdur.

Həmin yaşlılar qrupundan olanların təxminən 43%-i sadalanan "tənhalıq" anlamını təşkil edən 3 vəziyyətlərdən birini yaşadıqlarını bildirimişdilər.
Kaliforniya Universitetindən Carla Perissinotto'nun rəhbərlik etdiyi elmi qrup aparılmış tədqiqatların nəticələrini Archives of İnternal Medicine internet jurnalında dərc etdirib. Məqalədə bunlar qeyd edilib:

"Tənhalıq yaşlı adamların tutulduğu xəstəliklərin ümumi mənbəyi sayıla bilər. Biz Ardı »