Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii duzdan istifadənin faydası

Ərzaq məhsulu olan xörək duzu, kimyada natrium xlorid (NaCl) adı ilə tanınan ağ kristal quruluşlu birləşmədir.
Yediyimiz təbii qidaların tərkibində qatdığımız duzun faydalı və zərərli tərəfləri də var.
Duz daha çox ləzzət və sağlamlıq (qidaların bədən tərəfindən həzm olunmasına kömək edir) üçün istifadə edilir.
İnsan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi faydalandığı duzun müsbət təsirləri çoxdur. Xüsusi ilə təbii duzdan istifadə xeyirlidir.
Bu nemətin aşağıdakı faydaları var:
• Bədəndə tapılması lazım olan su miqdarını tarazlaşmasına kömək edir
• Bədənin ehtiyac duyduğu enerji axışına və hüceyrələrin yaxşılamasına şərait yaradır
• Qidaların daha rahat həzm olunmasına və əmilməsinə təsir edir
• Noy krampları və sinusların meydana gəlməsini ləngidir
• Başda beyin hüceyrələri olmaq üzrə bütün hüceyrələrə lazım olan pH dəyərinin tarazlaşdırmağa təsir edir
• Sümük sisteminin inkişafını və daha möhkəm olmasını təmin edir
• Yuxu problemi olanlara təsirlidir
• İdman və məşq vəziyyətlərində performansa kömək edir
Lakin onuda qeyd etmək lazımdır ki, duzdan çoxlu istifadənin insan sağlamlığına zərərləri də olur. İnsanın gündəlik duz tələbatının 10-15 qr olmasına baxmayaraq, ləzzət, dad üçün duz işlətməyimiz onu günlük miqdardan 10 dəfə çox yeməyimizə gətirib çıxarır. Bu da təzyiq, baş ağrısı, göz yaşarması və göz ağrısı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Bildiyimiz kimi, Azərbaycan milləti də çox duz yeməyi xoşlayır. Həkimlər tərəfindən həmişə az duz işlədilməsi məsləhət görülsə də, bu, insanlara siqareti tərgitmək kimi çətin görünür.
Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir.


Tarix: 21.01.2015 / 17:33 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Qidalanma və Dieta
loading...