Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Püstənin faydası

Püstə ağacı quraqlığa davamlı, son dərəcə məhsuldar və faydalı bitkidir. Onun zəngin qol-budaqlı gövdəsi var.
Bu ağac qış fəslində təravətini itirmir. Eyni zamanda qətran və aşı maddələr ilə zəngindir. Bu cəhətdən təsərrüfat əhəmiyyəti böyükdür.
Qida dəyəri və kalorisi yüksək olan püstənin tərkibində bol miqdarda zülallar, minerallar var. Püstə bir qida maddəsi kimi bədənə istilik və quruluq verir, təmiz qan yaradır, bədəni kökəldir, mədə girişini möhkəmləndirir. Xroniki öskürək, sarılıq və dalaq xəstəlikləri üçün faydalı hesab olunur.
Məlumata görə ABŞ-ın Pensilvaniya universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində müəyyən ediblər ki, püstə ürək-damar xəstəlikləri riskini azaldır. Doymamış yağ nisbəti ilə fərqlənən püstə xolesterolu azaltmaqla, yorğunluğu qaldırır və zehni gücləndirir. Bu cür çərəzlər cinsi fəaliyyəti yüksəldir və bədənin inkişafını dəstəkləyir və bədəni enerji ilə təmin edir. Qaraciyərin və bağırsaqların nizamlı işinə faydalıdır. Böyrək ağrılarını yüngülləşdirməyə kömək edir. Xəstələrdə yaxşılaşmanı sürətləndirir. Sinəni yumşaldır və öskürəyi yüngülləşdirir. Bəzi adamlarda baş ağrısı törədə bilər. Bunun üçün sirkə, turşu və soyuqluq gətirən meyvə yemək məsləhət görülür.


Tarix: 21.01.2015 / 17:27 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Qidalanma və Dieta
loading...