Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düzgün pəhriz beyinə faydalıdır

Türkiyəli qida və pəhriz mütəxəssisi Demet Sayar bildirib ki, beyin funksiyalarının normal olması üçün düzgün pəhriz saxlamaq lazımdır.
Onun sözlərinə görə daha çox beyin hüceyrələri bu vəziyyətdən təsirlənir. Pəhriz saxlayanlar rasionda qlükoza istifadəsinə fikir verməlidirlər.
Onun sözlərindən aydın olur ki, səhv edilən pəhrizlərdə bədəndə şəkər əskikliyi olur və metabolik problemlər yaranır. Bu cür hallarda beyin tam mənasıyla işləyə bilmir.
Həmin problemlərin olmaması üçün səhər, günorta, axşam yeməklərinə fikir verilməlidir. Xüsusilə qan şəkəri mövzusunda problem yaşayanlar üçün bu daha vacibdir. Səhər yeməyi yeməyənlərdə bədən enerji almadığından enerji yandırdığı üçün qan şəkəri düşür. Qan şəkəri düşdükdə isə əzələ və beyində olan funksiyalar yavaşlayır. Bu cür hallarda bəzi adamlarda huşsuzluq problemi olur. Bundan əlavə motivasiya problemləri və enerjisizlikdə yarana bilər.
Günorta payını yemədikdə isə axşam saatlarında çoxlu qida qəbul olunur. Buda son nəticədə köklüyə səbəb olur. Bunun üçün pəhrizlərdə kafi və balanslı qidalanmaq vacibdir. Bu baxımdan pəhrizlərdə süd və qatıq məhsullarından kafi miqdarlarda istifadə etmək lazımdır. İstəyə uyğun ət yeməkləri də ola bilər.
Pəhrizlərdə çörək və taxıl məhsullarından az istifadə edilməlidir.


Tarix: 21.01.2015 / 17:24 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Qidalanma və Dieta
loading...