Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti havalarda albalı suyu

Bildiyimiz kimi albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır, susluğu yatızdırır. İsti havalarda albalı şirəsindən bol miqdarda istifadə sağlamlıq baxımından faydalıdır.
Çünki, bu meyvənin şirəsi yay aylarında düşən müqaviməti artırmağa təsir göstərir. Bunu NUH NACİ YAZGAN Universitetinin sağlamlıq elmləri fakültəsində fəaliyyət göstərən Prof. Dr. Nəriman Din söyləyib. Onun sözlərinə görə albalı və onun şirəsi mədə və qaraciyərin nizamlı işləməsinə kömək edir.
Yaz aylarında tərləmə ilə bədəndə yüksək nisbətdə maye itkisinin yaşandığını ifadə edən Prof. Dr. Neriman gündə ən azı bir stəkan albalı şirəsi içməyi tövsiyyə edib. Mütəxəssislər də isti havalarda yaşanan maye itkisinə qarşı vitamin, mineral, antioksidant xüsusiyyəti ilə bilinən albalı şirəsinin içilməsini təklif edirlər.
Həm qidalandırıcı həm də sərinləşdirici xüsusiyyətə sahib olan albalı şirəsi, yay aylarında toksik maddələrin atılmasına da köməkçi olur.
Tərkibində A, E və C vitaminləri ilə birlikdə bol miqdarda antioksidant maddə olan albalı şirəsi xüsusilə yay dövründə hər kəsə lazımdır.
Albalı suyunun bədənin müqavimətini artırdığını yazan ekspertlər, kalium, kalsium və fosfor saxlayan vişnə suyunun isti havalarda yaşanan maye itkisinin qarşısını alan yaxşı bir alternativ olduğunu bildirirlər. Albalı şirəsi bədəni müxtəlif mikrob və toksinlərə qarşı qoruyucu xüsusiyyəti ilə tanınır.
Həmçinin dəyərli pəhriz məhsullarından biridir. Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir.
Onuda qeyd etmək lazımdır ki, albalı eyni zamanda balverən bitkidir. 1 hektar albalı sahəsindən arılar 15-53 kq bal hasil edə bilirlər.


Tarix: 21.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Qidalanma və Dieta
loading...