Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi qidalar günəşin zərərli təsirinə qarşı faydalıdır

Müasir dövrdə günəşin zərərli şüalarına qarşı qorunmağın müxtəlif yolları vardır. Təyin olunmuş vaxtlarda günəşə çıxmaq, yüksək qoruma faktorlu kremlərdən və eynəklərdən istifadə əhəmiyyətlidir. Xüsusən yay aylarında qida rasionuna ciddi fikir vermək də vacibdir. Məlumata görə bəzi qidalar dərini ultra bənövşəyi şüalara qarşı qoruyur. Həmin qidalara omega 3, pomidor, bitter şokoladı, yaşıl yarpaqlı tərəvəzlər, yaşıl çay və çiyələk aid edilir.
Omega-3 zəngin qida olmaqla bərabər hüceyrəyə dəyən zərəri önləyən xüsusiyyəti vardır.
Tərkibində likopen maddəsi və antioksidant olan pomidor UV şüaları səbəbindən dəridə meydana gələ biləcək ziyanı önləyir.
Bitter şokoladının tərkibində olan falvonoidlər dərini qoruyucu xüsusiyyəti baxımından əhəmiyyətlidir və sağlamlıq üçün önəmlidir.
Dəri altı qan axınını sürətləndirməyə, dərinin nəmli qalmasını təmin etməyə kömək edir. Tərkibindəki kakao nisbəti yüksək olduğundan faydalı bir qida hesab olunur.
Yaşıl yarpaqlı tərəvəzlərdən cəfəri, nanə, reyhan, şüyüd, ispanaqda xeyirlidir.
Xüsusən dərini günəşdən qoruyan polifenol adlı birləşmələr insanı günəşin zərərli təsirinə qarşı qoruyur.
Yaşıl çay tərkibindəki kateşin baxımından ultrabənövşəyi şüaların dəriyə yönəltdiyi mənfi təsirləri azaldır bu səbəbdən dəri xərçənginə qarşı qoruyucu xüsusiyyəti vardır.
Çiyələk tərkibində olan C vitamini baxımından dəri sağlamlığı üçün əhəmiyyətli bir meyvə hesab olunur.


Tarix: 21.01.2015 / 13:28 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Qidalanma və Dieta
loading...