Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çərəzin möcüzəvi təsirləri

Günümüzdə insan sağlamlığı üçün vacib sayılan qidalarla yanaşı əyləncə zamanı istifadə etdiyimiz cipsilər, müxtəlif çərəzlər istirahətimizə yeni rənglər əlavə edir.
Hansı çərəzlərin hansı xəstəliyə xeyirli olduğunu bilmək, sağlamlıq üçün möcüzəvi təsirlərini öyrənmək hər kəs üçün maraqlıdır. Bu baxımdan ilk öncə həmin qidalardan uyğun bir şəkildə istifadə önəmlidir. İnsan sağlamlığı üçün faydalı olan çərəzlərə fındığı, fıstığı (Antep), yer fındığını, günəbaxan tumunu, ağ və sarı ləbləbini, qozu, balqabaq tumunu və s. misal göstərmək olar.
Fındıq. Bu çərəzin bədəni qüvvətləndirdiyi bildirilir. Ürək narahatlıqlarının səbəbi kimi tanınan yüksək xolestrolun salınmasında ən əhəmiyyətli köməkçi hesab olunur. Fındıqda insan bədəninə faydalı kalsium, dəmir, karbohidrat, yağ və sink olduğu üçün maddələr mübadiləsini tənzimləyir və sümüklərin inkişafını təmin etməyə kömək edir. Məlumatda həmçinin E vitamini baxımından olduqca zəngin olduğu, qan azlığına qarşı qoruyucu təsiri göstərdiyi bildirilir.
Fıstıq. Bu çərəzdən istifadə xolesterinə təsir göstərir. Qanda mövcud olan xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Ürək xəstəliklərinə olan riski azaldır.
Bu fıstıq zülal cəhətdən 2 qat, fosfor cəhətdən 4 qat daha üstündür. Ayrıca qanda olan şəkərin yüksəlməsini önləməyə kömək etdiyi bildirilir.
Yer fındığı. Bu çərəz də bədənin inkişafını təmin etməyə kömək edir. Bədənin immunitetini və zehni gücü artırır. Bronxları yumşaltmağa kömək edir. Öskürək kəsicidir. Tərkibində sabit yağ və zülallı maddələrin olduğu bildirilir. Böyrək və öd kisəsi ağrılarını yüngülləşdirməyə kömək edir.
Günəbaxan tumu. Bu çərəzin içindəki yağ, damar sərtliyini aradan qaldırır. Ürək və sinir xəstəliklərini önləyir. Tərkibində bol miqdarda E vitamini və zülal olduğu bildirilir.
Ağ ləbləbi. Mədə şirəsinin zərərlərini önləməyə kömək edir. Artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətli bir funksiyaya malikdir.
Sarı ləbləbi. Bədəni qüvvətləndirir.
Balqabaq tumu. Mükəmməl bir qurd dərmanıdır. Hər gün 15-20 ədəd yeyilməsi tövsiyə edilir. Tenya adlı soxulcanları salmaq üçün yaxşı bir dərman hesab olunur.


Tarix: 21.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Qidalanma və Dieta
loading...