Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzunömürlü olmaq istəyənlər balıq yeyin

Gün ərzində mütəxəssislər tərəfindən tərtib olunmuş rejimə riayət etmək, həmin prosedurlarda idmanla məşğul olmağı və qida rasionuna lazimi qaydada əməl etməyi mütləq nəzərə almaq lazımdır. Eyni zamanda həmin qaydalarda müxtəlif fəsillərdə düzgün istirahəti təşkil etmək də vacib şərtlərdən biridir. Bu dörd qayda ömrü uzadan başlıca funksiyalar hesab olunur. Lakin bunların içərisində düzgün qidalanma daha vacib hesab olunur. İnsan orqanizminə və uzun ömürlülüyə yüksək təsiri olan uyğun vitamin və qidalardan əlavə tərəvəzlərdən gülkələminin, turpun, bibərin, kökün, meyvələrdən isə almanın, moruğun, tutun, gilasın, üzümün faydalı olduğunu hamımız bilirik. Həmçinin probiotik bakteriyalarla zəngin olan qatığın və zeytun yağının faydaları haqqında müxtəlif internet mənbələrində olan məlumatlarla tanış oluruq. Lakin, sağlamlıq əvəzolunmaz sərvətlərdən hesab olunduğundan təkcə faydalı vitamin kompleksinin deyil, eyni zamanda yuxarıda adları göstərilən qidaların və ya göstərilməyən yemək məhsullarının ömrü neçə il uzatması haqda biliklər də vacibdir. Bu isə son nəticədə müxtəlif yaş qrupları və insan seqmentləri üçün ucuz, keyfiyyətli məhsul seçiminin asan olmasına xidmət edir. Digər faydalı qidalar kimi balıq məhsullarından istifadə də uzun ömürlülüyə olduqca yaxşı təsir göstərdiyi bildirilir. Türkiyə mətbuatında yayımlanan məlumata görə ABŞ-dakı Harvard və Vaşinqton universitetlərinin bir sıra elm adamları etdiyi araşdırmalarda, bəzi balıqların qanında, xüsusən somon kimi balıqlarda çox olan Omeqa 3 yağ turşusunun yaşı 65 və daha çox olan şəxslərin, ortalama hesabla 2.2 il çox yaşadığını ortaya çıxarıb. Məlumatda həmçinin bu araşdırmanın insanların ölüm riskini 27%-ə qədər azaltdığı bildirilir.
Araşdırmaya imza atdığı bildirilən həkim Dariush Mozaffarisin, uzun zamandır Omeqa 3 baxımından zəngin balıqlarla qidalanmanın xeyirli olduğunu deyib. Araşdırmada yaşlılarda balıq istifadəsinin ömrü artırdığı təyin olunub.
Elm adamlarının, bu nəticələrə ABŞ-da 65 yaş və daha çox təxminən 2 min 700 adama aid 16 illik məlumatları araşdıraraq gəldiyi bildirilir.
Araşdırmada, tərkibində Omega 3 olan balıq yağı həblərinin diqqətə alınması bildirilir.


Tarix: 21.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 144 Bölmə: Qidalanma və Dieta
loading...