Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ət yeməyənlərin alternativi

Qida rasionlarına az ət yeməkləri salanlar ya da vegetariyanlar üçün ən qiymətli qida paxlalılar hesab olunur.
Tədqiqatlar dünyanın ən faydalı qida məhsullarının qabıqlı meyvələr və paxlalı bitkilər olduğunu müəyyən edib.
Paxlalı bitkilərə noxud, lobya, mərci, soya aiddir və çox əhəmiyyətlidir. Paxlalı bitkilərdə zülal 30%-dir. Paxlalılar əvəzedilməz aminturşulara da malikdirlər.
Karbohidratlar 60% qədər, yağlar 2% qədər, soya dənlərində isə yağ 2%, zülallar 40% təşkil edir.
Paxlalı bitkilər həm artıq çəkidən xilas olmağa, həm də xərçəng xəstəliyinə tutulmaq riskinin sıfıra endirilməsinə kömək edir.
Paxlalı bitkilər lifli strukturlarına görə, toxluq hissi yaradır və artıq çəkidən xilas olmağa kömək edir.
Dünya florasında paxlalı bitkilər - Fabaceae fəsiləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir.
Bu növlər əsasən ot, ağac və kollardan ibarət olub, yer kürəsinin hər yerində yayılıb.
Fəsiləyə daxil olan növlərin içərisində qida, dərman əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitkilərin geniş spektrinə rast gəlmək olar.
Bu faydalı bitkilərdən biri də şirinbiyandır. Mütəxəssislərə görə qış aylarında şorba, isti qazan yeməkləri və ya paxlalı salatları həftədə ən az iki dəfə yemək ət yeməyənlərin alternativi olacaq.


Tarix: 21.01.2015 / 12:36 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Qidalanma və Dieta
loading...